beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəcəfqulu xan Qaradağlı (Sərşar)

Həyatı
Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi. Şahın ətrafında olanlar bu yaxınlığı qəbul edə bilmədilər. Şərləyib şahın nəzərindən saldılar. Ağaməhəmməd şah Nəcəfqulu xanın arvad-uşağıyla bərabər Marağa zindanına salınmasını əmr etdi. Bir müddət də Marağa zindanında yatan Nəcəfqulu xan kor oldu. 1797-ci ildə Ağaməhəmməd şahın öldürülməsindən sonra Marağa zindanından azad edildi. Qaradağa qayıtmayıb Təbrizdə məskunlaşdı. Fətəli şahın ağalıq illərində şahzadə Abbas mirzə Naibəssəltənə ona Təbriz civarında, Ərvənəq mahalındakı Dizəc Xəlilli kəndini bağışladı. Nəcəfqulu xan həmin kəndin gəliri ilə dolanırdı.

Nəcəfqulu xan gözəl təbli şair idi. Sərşar təxəllüsü ilə türk, fars və ərəb dillərində şeirləri var. Nəcəfəli xan 1818-ci ildə Təbriz şəhərində vəfat edib.

Qarabağ içrə istər lalə könlüm bəs Qaradağı,
Çəkər bu həsrət odu sinəmə hər dəm qara dağı.

Bu gülşəq içrə xar oldu günlü könül quşu,
Qaçan bülbül görər ağ gün əgər olsa qara bağı.

Nə qəm düstaqlıqdan şiri üçün zəncir eyb olmaz,
Qəfəsdə bülbülü, tutini saxlayırlar nə kim, zağı.

Sirişki-laləgündən qəsdim ər gülzarlıq olsa,
Edər baği-İrəm rəşgi gözüm bir ləhzə dəhr ağı.

Əgər düşmənlərim yağı olubsa səhldir billah,
Bənə bu dostlarım bilmən neçun, yarəb, olub yağı?

Bu Sərşarın məzarında bitən lalələrin cana,
Qara dağı edər zahir bu bikəs həm Qaradağı.


Tarix: 10.01.2015 / 16:57 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycan xanlıqları