beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbrahim İbrahimov (alim)

Həyatı
İbrahim İsmayıl oğlu İbrahimov 1928-ci ildə Naxçıvanda anadan olmuşdur.

1952-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1966-cı ildən professor respublika Elmlər Akademiyası sistemində işləyirdi. Onun elmi əsərləri Ümumittifaq miqyasında şöhrət qazanmışdı. İbrahim İsmayıl oğlunun 140-dan artıq elmi əsəri çap olunmuşdur, 50 ixtiranın müəllifi idi.

İbrahim İbrahimov 1990-cı il yanvarın 24-də Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində iclasa getdiyi zaman hərbi zirehli maşın yolun kənarında dayanan «Jiquli» markalı maşının üstündən keçmiş, professor İbrahimov həlak olmuşdur.

Maşında olanlardan biri, professor Svetlana Məmmədova da yerindəcə həlak olmuşdur. İbrahim İsmayıl oğlunun həyat yoldaşı isə beş il əvvəl avtomobil qəzasından həlak olmuşdu, indi isə...

Şəhidlər xiyabanında dəfn edilmişdir.

Dörd övladı qaldı. Azər, Rəşad, Fikriyyə, Nigar.


Tarix: 27.01.2015 / 13:17 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanın müharibələri‎