beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elbrus Allahverdiyev - Döyüşlərdə iştirakı

Elburus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir.

16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur.

Ailəsi
Evli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Tarix: 24.01.2015 / 16:26 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanın müharibələri‎