beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfər Pənahi

Cəfər Pənahi (fars. جعفر پناهی‎; ing. Jafar Panahi) — İran kinorejissoru və ssenaristi. İran kinematoqrafının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri.Commonsda Cəfər Pənahi ilə əlaqədar müxtəlif fayllar var.


Cəfər Pənahi 1960-cı il iyulun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Miyanə şəhərində anadan olmuşdur.

Pənahinin filmləri Kann kinofestivalında "Qızıl kamera" (1995, "Ağ şar" filmi), Lokarno kinofestivalında "Qızıl leopard" (1997, "Güzgü" filmi), Venesiya kinofestivalında "Qızıl şir" (2000, "Dairə" filmi) və Berlihale kinofestivalında "Gümüş ayı" (2006, "Ofsayd" filmi) kimi nüfuzlu beynəlxalq kino mükafatlarının laureatları olmuşlar.

2009-cu ildə İranda rəsmi prezident seçkilərinə etiraz aksiyalarında iştirak etdiyinə görə, həbs olunaraq, dövlət əleyhinə fəaliyyətlərə görə, 6 illik həbs cəzasına məhkum olunmuşdur.

Pənahiyə, həmçinin, kinematoqrafik fəaliyyətlə məşğul olmaq və İranı 20 il ərzində tərk etmək, daxili və xarici KİV-nə müsahibə vermək qadağan edilmişdir.

Cəfər Pənahi və Müctəba Mirtəhmasebin yaratdıqları "Bu bir film deyil" adlı sənədli film 2013-cü il ABŞ Kinomotoqrafiya elm və incəsənəti üzrə Akademiyasının Oskar mükafatına namizəd kimi ilkin irəli sürülmüş 15 film siyahısına düşmüş və ilk seçim mərhələsinə buraxılmışdır.

2012-ci ilin oktyabr ayında Cəfər Pənahi (vəkil, hüquq müdafiəçisi, məhbus xanım Nəsrin Setude ilə birqə) İranda insan haqları və onların əsas azadlıqları uğrunda göstərdikləri fəaliyyətə görə, Avropa Parlamenenti tərəfindən Andrey Saxarov adına "Düşüncə azadlığına görə" mükafatı ilə təltif olunmuşdur. 2012-ci il dekabrın 12-də yığıncaqda iştirak edə bilmədiyindən mükafat onun qızı Solmaz Rənahiyə təqdim olunmuşdur.


Tarix: 07.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Aktyorlar