beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Viktor Pavlov

Viktor Pavloviç Pavlov (rus. Виктор Павлович Павлов) — Sovet və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1994).

Həyatı

Viktor Pavlov 6 oktyabr 1940-cı ildə Moskvada anadan olmuşdur. 1956-cı ildə səkkizillik məktəbi bitirdikdən sonra zavodda çilingər işləmişdir. Eyni vaxtda işçi gənclər məktəbində oxumuş və Müəllimlər evi yanında dram dərnəyində rollar oynamışdır. MXAT-ın aktyoru və rejissoru olan Vadim Boqomolov Viktoru Bauman adına Moskva Texniki Universitetinin yerinə teatral sahəyə daxil olmağa razı salır. 1959-cu ildə Viktor Pavlov Şşepkin adına yüksək teatr məktəbində Nikolay Annenkovun kursunun tələbəsi olmuşdur. Pavlov oranı 1963-cü ildə bitirmişdir. O, kursda Mixail Kononov və Oleq Dalla birlikdə oxumuşdu.

O, 1961-ci ildən başlayaraq epizodik rollarda kinoya çəkilirdi. Onun iştirakı ilə çəkilən ilk film Lev Kulicanovun "Ağaclar böyüyəndə" filmi olur. Bundan sonra Pavlov ən çox çəkilən aktyorlardan biri oldu. Onun filmoqrafiyasında 120-dən çox film var.

Viktor Pavloviç Pavlov 24 avqust 2006-cı ildə Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
12 stul (film, 1971)
Görüş yerini dəyişdirmək olmaz (film, 1979)


Tarix: 07.02.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Aktyorlar