beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Regimantas Adomaytis

Regimantas Vaytkusoviç Adomaytis (lit. Regimantas Adomaitis) — Sovet və Litva aktyoru, SSRİ xalq artisti (1985).

Həyatı

Regimantas Adomaytis 31 yanvar 1937-ci ildə (başqa mənbəyə görə 31 martda) Şyaulyay şəhərində anadan olmuşdur. 1954-cü ildə Vilnüs Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə buradakı təhsilini bitirmişdir. Artıq 1958-ci ildən o, Vilnüs Konservatoriyasının aktyorluq fakültəsində oxuyurdu. 1962-ci ildə aktyorluq üzrə diplom almışdır.

1962-1963-cü illərdə Kapsukas şəhərinin dram teatrında işləmişdir. 1963-cü ildə Kaunas Dövlət Akademik Dram Teatrının heyətinə daxil olmuş və 1967-ci ilə qədər burada işləmişdir. 1967-ci ildən bu günə qədər Litva Akademik Milli Dram Teatrının aktyorudur.

Vilnüs Filarmoniyasının müğənnisi Eugeniya Bayoritenin həyat yoldaşı olmuşdur.

Filmoqrafiya
Kral Lir (film, 1970)

Mükafatları
Litva SSR-in əməkdar artisti (1973)
Litva SSR-in xalq artisti (1979)
Almaniya Demokratik Respublikasının Milli mükafatı (1981)
Litva SSR-in Dövlət Mükafatı (1982)
SSRİ xalq artisti (1985)
Litva Böyük Knyaz Qədiminas Ordeninin III dərəcəsi (1997)


Tarix: 07.02.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Aktyorlar