beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Qasımov (aktyor)

Əli Qasımov – Gəncə Dövlət Nizami Poeziya teatrının direktoru. [Mənbə göstərin]

Həyatı

1956-ci ildə Qazax rayonunda anadan olmuş, 1981- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakultəsini bitirmişdir. Teatr xadimləri İttifaqının üzvüdür. Ali təhsillidir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Qasımov Əli Teymur oğlu 1981- ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlamışdır.

İşlədiyi müddətdə bir çox tamaşalarda yaddaqalan obrazlar yaratmışdır. – S. Vurğunun "Vaqif" dramında Vəzir, M. Kərimin " Odu atma Prometey" əsərində Birinci Allah, O. Kamalın "Yad qızı" əsərində qarson Rza, "Doğmalar" tamaşasında Atabala, A.Məmmədovun " Sabir dərdi" satirik komediyasında M. Ə. Sabir rollarını yaratmışdır.

1991-ci ildən etibarən Gəncə Dövlət Dram teatrında inzibati vəsifələrdə çalışmışdır. İşlədiyi müddət ərzində, teatrın müdriyyəti və Gəncə şəhər Mədəniyyət idarəsinin təqdimatı ilə direktor müavini vəzifəsinə irəli çəkilmişdir. 2001-ci ildə Gəncə Dövlət Nizami Poeziya teatrı bağlanmaq təhlükəsi qarşısında qalarkən, Gəncə şəhər Mədəniyyət idarəsinin təklifi və şəhər İcra Hakimiyyətinin təqdimatı ilə Mədəniyyət nazirliyi onu Gəncə Dövlət Nizami Poeziya teatrına direktor vəzifəsinə təyin etmişdir.

Drektor işlədiyi müddətdə Mədəniyyət Nazirliyi tərəfindən qarşıya qoyulan bütün plan göstəricilərini yerinə yetirmiş və bunun müqabilində bir neçə ildir ki, Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

Son illərdə ümumşəhər tədbirlərində çıxış etmək üçün, N. Gəncəvinin qəzəlləri əsasında " N. Gəncəvi-860", B.Vahabzadənin "Şəhidlər", A. Qurbanovun " Əbədi məşəl", Ş. Salehin " Azadlıq atası" poemalarının əsasında bir çox ədəbi-bədii kompozisiyaların ssenarisini yazmışdır.


Tarix: 06.02.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Aktyorlar