beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd Əhmədov (II)

Aktyor

Həyatı

Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ildə Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. 20-30 il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaratdı. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. Tezliklə "Səadət Uğrunda", "Seyran", "Qana Qan" əsərləri GTT-da səhnəyə qoyuldu. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Şair-qəzəlxanın 5000-dən çox qəzəli mövcuddur. Əhməd Rumınski 1982-ci ildə dünyasını dəyişib.

Filmoqrafiya
O olmasın, bu olsun (film, 1956)
Bir məhəllədən iki nəfər (film, 1957)
"Kazbek" qutusu (film, 1958)
Kölgələr sürünür (film, 1958)
Səhər (film, 1960)
Bizim küçə (film, 1961)


Tarix: 06.02.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 398 Bölmə: Aktyorlar