beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yasin Qarayev

Aktyor. İkinci rejissor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Yasin Qarayev 22 may 1946-cı ildə anadan olub.

1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, həmin ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhənəsində Cəlal (S.Vurğun "Komsomol poeması"), Qulu (S.S.Axundov "Tamahkar"), Əsəd (C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"), Qarakişi, Əziz (İ.Məlikzadə "Gəl qohum olaq", "Sağlıq olsun"), Şah (F.Məmmədov "Sirli dəyirman"), Aşıq, Mahmud (N.B.Vəzirov "Hacı Qəmbər"), Azər, Əflatun (Elçin "Mahmud və Məryəm", "Ölüm hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli "Cəza"), Qafar (S.Rüstəm "Çimnaz xanım yuxudadır") və bir çox başqa yaddaqalan obrazları məharətlə yaratmışdır. Y.Qarayev Milli televiziyada hazırlanan "Ağ atların valsı" (Ş.Başbayev), "Bağdada putyovka var" (Ə.Əylisli), "Gəl qohum olaq" (İ.Məlikzadə) və başqa tamaşalarda özünəməxsus obrazlar ifa etmişdir.

Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Ağ atlar üçün vals (film, 1987)(tammetrajlı televiziya tamaşası)(Aztv)
Bağdada putyovka var... (film, 2000)
Bəylik dərsi (film, 2007)
Dəvətnamə (film, 2003)
Ərazi (film, 2005)
Fatehlərin divanı (film, 1997)
Gəl qohum olaq (film, 2001)
Gəlinlər (film, 2002)
Mən sənin dayınam (film, 2001)
Mükafat (film, 2004)
Nigarançılıq (film, 1998)
Ömürdən uzun gecə (film, 1996)
Şeytan göz qabağında (film, 1987)
Yol yoldaşları (film, 2003)


Tarix: 05.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 433 Bölmə: Aktyorlar