beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlkin Əhmədov

Aktyor

Həyatı

Əhmədov İlkin Fuad oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi aktyoru fakultəsinə daxil olub. Hal-hazırda II kurs tələbəsidir.

2007-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında xor artisti vəzifəsində işləyir.

Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Bəydullanın möhtəşəm toyu», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Şeytanın yubileyi» və s. bu kimi tamaşalarda məsuliyyətlə iştirak edir.

Filmoqrafiya
Qızlar (film, 2007)


Tarix: 05.02.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Aktyorlar