beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmmədağa Dadaşov (II)

Məmmədağa Dadaşov - Aktyor, GTT-nın yaradıcılarındandır. Aktyor kimi xarakterik və tipik obrazların ifasında nailiyyətlərə daha çox müvəffəq olub.

Həyatı

Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında ya-ranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb.

Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki ("Ovod", Etil Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.

27 fevral 1957-ci ildə Məmmədağa Dadaşova əməkdar artist fəxri adı verilib. Aktyor Bakıda 1996-cı ildə vəfat edib.

Filmoqrafiya
Əmək və qızılgül (film, 1962)
General (film, 1970)
Dədə Qorqud (film, 1975)
Yol əhvalatı (film, 1980)
Köç (film, 1986)


Tarix: 03.02.2013 / 17:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Aktyorlar