beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarAbşeron tortu

Tərkibi:

3 st. un

4 yumurta

2 st.şəkər tozu

4 xörək qaşığı sirkə

0.5 çay qaşığı soda

4 xörək qaşığı mürəbbə suyu

1 paket vanil

Üstü üçün krem:

Kremşanti

1 st süd

Içi üçün krem:

1 banka qatlaşdırılmış süd

200 qr. kərə yağı

Hazırlanması:

Yumurta və şəkər tozu yaxşıca çalınır. Stəkana 4 xörək qaşığı sirkə tökürsən. Və üstünə 0.5 çay qaşığı sodanı onun üstünə töküb qaşıqla qarışdırırsan. Bu zaman sirkə köpürür. Bu qarışığı yumurta və şəkər tozu qarışığına töküb, sonra mürəbbə suyunu, vanilı əlavə edib, qarışdırırıq. Xəmiri 3 hissəyə bölüb bişiririk. Yağlanmış tavaya 1-ci hissə tökülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya verilir. Üzəri qızılı rəng alanda götürülür. Digər hissələrdə bu qayda ilə bişirilir.Kekslərin arasina qatlaşdırılımış südlə 200 Ardı »

ŞirniyyatlarNapoleon Tortu

Uzun çəkən səssizlikdən sonra yenidən sizinləyəm. Bu günlər başım bir az qarışıq idi, odur ki, çoxdandır resept yazmadığım üçün üzürlü hesab edin. Eybi yoxdur, belə olanda mənim üçün daha çox darıxarsınız:) Sizə çoxdandır söz verdiyim Napoleon tortunun reseptini yazmaq verirəm. Etiraf edirəm – Napoleon tortunu birinci dəfədir ki, bişirirəm, amma pis alınmadı. Nuş Olsun!

NAPOLEON TORTU

Əvvəla bunu deyim ki, Napoleon bir neçə qayda ilə hazırlanır. Əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremini isə “zavarnoy” kremdir. Əgər sizin öxünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz.

Xəmir Üçün:
200 q soyuq kərə yağı Ardı »

ŞirniyyatlarÇizkeyk

Bu gün çizkeyk sevənlər üçün çox ləzzətli bir resept yazacağam. Abbi adında bir xanımdan gələn reseptdir, amma mən bu reseptə bəzi əlavələr də etmişəm. Məsəl üçün çizkeykin üstünə xamadan düzəldilmiş krem ve çiyələk də əlavə etmişəm. Bunlar zəruri deyil, amma çizkeyk belə olduğunda daha ləzzətli və gözəl görünür. Çiyələyiniz yoxdursa, başqa meyvədən, məsəl üçün böyürtkən, morux, kivi və sairə kimi meyvələrdən istifadə edə bilərsiniz. Tortun üstündə nanə də var. Nanə şirniyyatlara rəng qatır. Burada nanədən şirniyyatları bəzəmək üçün geniş istifadə olunur.


ÇİYƏLƏKLİ ÇİZKEYK
Abbinin çizkeyk resepti əsasında


Qazmağı (dibi) üçün:
2 stəkan (180 q) kraker (peçenye) – ovulmuş
100 q kərə yağı Ardı »

ŞirniyyatlarUnsuz Şokoladlı Tort

Əgər şokoladı sevirsinizsə, onda mütləq bu tortu bişirməlisiniz. Əsl şokolad röyasıdır. Bu tort qısa müddətdə hazırlanıb bişirilir. Bunun üçün sizə yalnız 3 növ ərzaq lazımdır: şokolad, yağ və yumurta. Maraqlıdır ki, tortun tərkibində un yoxdur.

Tort yüngül tortlardan deyil, amma olduqca ləzzətlidir. Amerikada məşhur olan brauniləri hatırladır, amma daha yumuşaq və qatıdır. Əgər istəyirsinizsə, tortun arasina cem ve ya krem de çəkə bilərsiniz, amma məncə buna gərək yoxdur, çünki tort daha da ağır olar. Bu tort adətən yanında və ya üstündə dondurmayla servis edilir. Beləliklə, dondurma bir növ kremi əvəz edir və tortu yünğülləşdirir.

UNSUZ ŞOKOLADLI TORT
Orijinal resept Chef Wanin “Sweet Ardı »

ŞirniyyatlarZebra Tortu

Zebra tortunu ailəcə çox sevirik. Hər dəfə bu tortu sobadan çıxardıb kəsdiyimdə, əvvəlcə ona bir xeyli müddət valeh olmuş gözlərlə baxıram. Yox yox¸ məni valeh edən tortun necə yaxşı bişməsi deyil¸ əsl zebranı xatırladan ağ-qara zolaqların gözəlliyidir.

Bu zolaqları “yaratmaq” göründüyü qədər çətin deyil. Prosesi sizin üçün daha da asanlaşdırmaq üçün tortun hazırlanmasını addımbaaddım çəkdiyim şəkillərlə izah edəcəyəm. Tortunuzu “zebralaşdırmaq” istəyirsinizsə¸ buyurun, mənə qoşulun. Peşman olmazsınız:)

ZEBRA TORTU

Ərzaqlar

4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2 stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı Ardı »

Şirniyyatlarkorjik resepti

Ərzaqlar:

415 q un
155 q şəkər pudrası
230 q kərə yağı (otaq temperaturunda)
1 yumurta (54 qram)
2 q duz (bir çimdik)
0,5 ç.q. söndürülmüş soda (bunun əvəzinə 7 q qabartma tozu olar)
1 ç.q. vanilli şəkər
araxis (duzlu olmayan)
1 yumurtanın sarısı
1 x.q. soyuq su

Hazırlanma qaydası

Kərə yağını şəkər pudrası ilə ağarıncayadək çalın. Vanilli şəkər, duz, yumurta əlavə edib qarışdırın.
Unu qabartma tozu (və ya söndürülmüş soda) ilə qarışdırın, tədricən çalınmış yağa əlavə edərək qarışdırın.

Hazır xəmiri 8 mm qalınlıqda yayın. Dairələr kəsin. Ortalarında dəlik açın (butulka qapağından istifadə edə bilərsiniz).

1 yumurtanın sarısını soyuq su ilə çalıb korjiklərin üstünə çəkin. Sonra bunları Ardı »

ŞirniyyatlarKəsmikli badam ləzzəti (Uşaqlar üçün)

Ərzaqlar:

700-800 q kəsmik
400 ml süd
3 yumurta
1 limon
100 q badam
100 q kişmiş
2/3 st. şəkər tozu
1 x.q nişasta
1/2 ç.q. duz
vanil
50 q kərə yağı

Hazırlanma qaydası:

Əvvəlcə qozu və limonun qabığını (sedra üçün) sürtgəcdən keçirin. Südü, kəsmiyi, yumurtaların sarısını, şəkər, limon qabığı, badam, vanil, nişasta, kişmişi qarışdırın. Yumurtaların ağını ayrıca, duzla çalın. Sonra o biri qarışığa əlavə edin. Dərin sinini yağlayıb qarışığı içinə tökün, sonra üzərinə kərə yağından dilimlər kəsib qoyun. 170 dərəcədə 40-50 dəqiqə, üstü azca qızarana qədər sobada bişirin. Soyuduqdan sonra doğrayın. Südlə, çay və ya qəhvə ilə masaya verə bilərsiniz.

Nuş olsun! Ardı »

ŞirniyyatlarFərqli ekler

Ərzaqlar:

xəmir üçün:
1 st. su
200 q marqarin
2 st un
7 yumurta

krem üçün:
1,5 st. süd
300 q kərə yağı
2 yumurta
3 x.q. un
1,5 st. şəkər tozu
vanil

Hazırlanması:

Qazana su tökün. Marqarini də əlavə edib ocağın üstə qoyun. Marqarin əriyəndə qarışdıra-qarışdıra un səpin. Dayanmadan qarışdıraraq 5-6 dəqiqə xəmiri bişirin. O qatılaşıb qazanın divarından aralananda qazanı ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Sonra yumurtaları bir-bir xəmirin içinə qıraraq yaxşıca qarışdırın. Sinini yağlayın, xəmiri şprislə, yaxıd da qaşıqla xırda yumru kökələr şəklində siniyə düzün. Yaxşıca qızdırılmış sobada 190 dərəcədə 30 dəqiqə bişirin. Diqqət! Bu müddətdə sobanın ağzını qəti surətdə açmayın! Yoxsa eklerlər yapıxacaq. Bişmiş Ardı »

ŞirniyyatlarSırnik (uşaqlar üçün)

Hazırlanması:

150 qr tvoroq 1 yumurta 2-3 x\q un. 1 x\q xama. 1 ç\q kərə yağı şəkər və duz..
tvoroqun üstünə yumurtanı, xamanı, yağı, duzu, şəkər və unu tökürük, qarışdırırıq kotlet kimi suxarıya batırıb qızardırıq (ələ yapışmasın deyə əlimizə bir az günəbaxan yağı sürtürük)
qızardılmış sırniklərin üstünə şəkər səpirik və xama tökürük. Ardı »

ŞirniyyatlarBayram Şəkərburası

Ləvazimatlar

Un – 500 q

Kərə yağı – 150 q

Maya – 20 q

Yumurta – 1 ədəd

Süd – 200 q

Duz

İçlik üçün:

Fındıq və ya badam ləpəsi – 500 q

Şəkər tozu – 500 q

Hil – 5 ədəd

Vanil – 5 q


Hazırlanma qaydası

1. Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.

2. Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.

3. Ələnmiş una yumurta, duz, süd-yağ qarışığı və maya əlavə edilib yumşaq xəmir yoğrulur.

4. Xəmir isti yerdə 30 dəq. saxlanılır.

5. İçliyi hazırlamaq üçün: fındıq qozçəkən maşından keçirilir, əzilmiş hil və şəkər tozu ilə qarışdırılır.

6. Xəmir xırda kündələrə bölünür.

7. Hər yayılmış kündəyə 10-15 q içlik qoyulub (içlik kündənin qıraqlarına Ardı »

ŞirniyyatlarUşu Amana

Ləvazimatlar:

Un – 1 kq

Kərə yağı – 500 q

Şəkər tozu – 50 q

Yumurta – 5 ədəd

Maya – 50 q

Su – 100 q

Küncüd

Çörəkotu

Duz

Ətli içlik üçün:

Can əti – 500 q

Baş soğan – 2 ədəd

Duru yağ – 50 q

Zirinc – 20 q

Yumurta sarısı – 1ədəd

Keşniş, şüyüd

Duz və qırmızı istiot

Pendirli içlik üçün:

Pendir – 150 q

Yumurta sarısı – 1 ədəd

Cəfəri

Hazırlanma qaydası
1.Ətli içliyi hazırlamaq üçün: can əti baş soğanla birlikdə ətçəkən maşınından keçirilib duru yağda qovrulur. Üzərinə xırda doğranılmış göyərti, zirinc, duz, istiot və yumurtanın sarısı əlavə edilib odun üzərindən götürülür.
2.Pendirli içliyi hazırlamaq üçün: Sürtgəcdən keçirilmiş pendirin üzərinə xırda doğranılmış cəfəri və yumurtanın sarısı Ardı »

ŞirniyyatlarŞəkər çörəyi

Ləvazimatlar:

Un – 400 q

Şəkər kirşanı – 125 q

Kərə yağı – 250 q

Fındıq – 30 q

Qabartma tozu – 1 ç.q.

Üzəri üçün:

Yumurta sarısı – 1 ədəd

Hazırlanma qaydası

1.Xəmir üçün: dərin bir qaba şəkər kirşanı əlavə edilir, üzərinə otaq temperaturunda yumşalmış kərə yağı əlavə olunub mikserlə çalınır.
2.Şəkər-yağ qarışığına ələnmiş un, qovrulmuş və üyüdülmüş fındıq və qabartma tozu əlavə edilərək mikserlə bir az da çalınır və sonda əl ilə yumşaq xəmir yoğrulur.
3.Hazır xəmirdən “təpəcik”lər hazırlanıb soba listinə yığılır.
4.”Təpəcik”lərin üzərinə yumurta sarısı nöqtə şəklində vurulub əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 10-15 dəq. bişirilir (şəkər çörəyi qızarmamalıdır). Ardı »

ŞirniyyatlarLəzzətli Şaftalı piroqu

Ləvazimatlar:

Un – 230 q

Yumurta – 2 ədəd

Kərə yağı – 110 q

Şəkər tozu – 200 q

Xama – 200 q

Soda – 1 ç.q.

Qabartma tozu – 1 ç.q.

Duz – bir çimdik

Vanil – 10 q

İçlik üçün:

Şaftalı – 3 ədəd (yetişmiş)

Şəkər tozu – 60 q

Qoz ləpəsi – 60 q

Darçın – 1 ç.q.

Hazırlanma qaydası

1. Xəmiri hazırlamaq üçün: kərə yağı və şəkər tozu mikserlə ağaranacan çalınır.

2. Kütləyə yumurta əlavə edilib yenidən çalınır.

3. Proses xama əlavə olunaraq yenidən təkrarlanır.

4. Un, vanil, qabartma tozu, soda, duz qarışdırılıb çalınmış kütləyə əlavə edilir və taxta qaşıqla qarışdırılır.

5. İçliyi hazırlamaq üçün: qabığı soyulmuş şaftalı dilimlənir, qoz ləpəsi orta böyüklükdə doğranılır, darçının üzərinə Ardı »

ŞirniyyatlarMoruqlu blinçiklər

Ləvazimatlar

Moruq – 200 q
Dondurma – 200 q
Un – 100 q
Yumurta – 3 ədəd
Şəkər tozu – 20 q
Süd – 100 q
Duru yağ – 40 q
Vanil – 10 q
Şokolad – 50 q

Hazırlanması:

1. Blinçikin xəmirini hazırlamaq üçün: yumurtanın üzərinə şəkər tozu, süd, duru yağ, vanil əlavə edilib çalınır.
2. Ərzaqların üzərinə az-az un əlavə olunub yenidən çalınır.
3. Tavada adi qaydada blinçik hazırlanır.
4. Dondurma moruğun yarısıyla qarışdırılır.
5. Stəkanın ağzı ilə blinçikin üzərində dairələr kəsilir, üzərinə moruqlu dondurma qoyulur və tülpan kimi bükülür.
6. Desert qalan moruq və sürtgəcdən keçirilmiş şokoladla bəzədilib 1 saat soyuducuda saxlanılır. Ardı »

ŞirniyyatlarKremli pirojnalar

Xəmir üçün:

1 ədət yumurta
bir yarım su stəkanı un
yarım stəkan ərinmiş yağ
yarım stəkan süd
15 qr yaş maya
yarım stəkan şəkər
1 çay qaşığı duz

Krem üçün:

3 şorba qaşığı un
1 su stəkanı süd
yarım su stəkanı şəkər
yarım çay stəkanı krem
üzərinə səpmək üçün pudra şəkəri.

Hazırlanması:

İlıq 1 su stəkanı südün içinə mayanı əlavə edin. Eyni qabın içinə maye yağ, şəkər, yumurta, duz, unu əlavə edib yoğurun. Yoğururken unu az-az tökün. Mayalanması üçün üstünü örtüb 30 dəqiqə qədər gözlədin.

Bir qazana unu, vanili, südü və şəkəri qoyub zəif atəşdə tündləşənə qədər qarışdırın. Krem tündləşdikdən sonra soyuması üçün bir az Ardı »

ŞirniyyatlarFındıqlı keks

Ərzaqlar:
4 ədəd yumurta
1 su stəkanı şəkər
1 su stəkanı maye yağ
1 su stəkanı iri döyülmüş fındıq
1 su stəkanı rəndələnilmiş kök
1 çay qaşığı darçın
1 paket qabartma tozu
1 paket vanil
3 su stəkanı un

üzərinə:
pudra şəkəri

Hazırlanma qaydası:
Yumurta və şəkəri ağlaşana qədər, təxminən 3-4 dq. mikserdə yüksək sürətdə çırpın. Süd, fındıq, kök və ayrı qabda elediğiniz un və qabartma tozunu yumurtalı qarışığa əlavə edib, mikserdə aşağı sürətdə çırpın.
Yağlanmış qəlibə töküb, əvvəldən isidilmiş 160 dərəcə sobada batırdığınız çöp dənəsi ilə təmiz çıxana qədər bişirin. Keks soyuduqdan sonra üzərinə pudra şəkəri ələyin.

Nuş olsun. Ardı »

ŞirniyyatlarŞokoladlı keks

Bu kekslər həm incə alınır, həm də ətirli tam verir

Ərzaqlar:

3 ədəd yumurta

80 qram şəkər tozu

80 qram qara şokolad

30 ml portağal şirəsi

30 qram un

1 ç.q. qabartma tozu

1 ç.q. vanilin şəkəri

duz

Keksləri bəzəmək üçün:

şəkər pudrası

şokolad ovuntuları

Hazırlanma qaydası:

Şokoladları xırdalayıb, balaca qazana tökərək, buxar vannasında əridin.

Una qabartma tozu əlavə edib, qarışdıraraq, ələkdən keçirin. Yumurtanın ağını sarısından ayırıb, soyuducuya qoyun. Yumurtanın sarısını şəkər tozu ilə mikserlə çalın. Üzərinə vanil şəkəri və portağal şirəsi tökərək, 8 dəqiqə ərzində mikserlə çalmağa davam edin. Sonra üzərinə əridilmiş şokolad və unu əlavə edib, qarışdırın. İstəsəniz, üstünə sürtkəcdən keçirilmiş portağal qabığı (sedra) tökün. Yumurtanın ağına duz səpib, yaxşıca çalın. Ardı »

ŞirniyyatlarAlmalı çizkeyk

Avropa mətbəxinin ləziz şirniyyatı

Ərzaqlar:

200 qram peçenye

100 qram kərə yağı

2 x.q. şəkər tozu

2 ç.q. limon şirəsi

iç üçün:

500 qram kəsmik (yağsız)

200 qram qaymaqlı pendir (Filadelfiya, Maskarpone və s.)

3 ədəd yumurta

25 qram xaşxaş

200 qram şəkər tozu

1 ç.q. vanil şəkəri

2-3 ədəd alma

bir çimdik duz

Hazırlanma qaydası:

Peçenyeni xırdalayıb, blenderdən kiçirin. Peçenyenin üzərinə şəkər tozu, limon şirəsi və yumuşaldılmış kərə yağı əlavə edib, blenderdən keçirin və yaxud iti bışaqla doğrayın.

Yumru forma qabına bitki yağı çəkib, içinə hazırladığınız qarışığı tökərək, dibini və kənarlarını bərabər şəkildə yayın. Forma qabın üstünü örtüb, soyuducuda 15 dəqiqə müddətində saxlayın.

Sonra 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə ərzində bişirin. Duxovkadan Ardı »

ŞirniyyatlarBrauniz pirojnaları

Dadlı şirniyyatın daha bir resepti

Ərzaqlar:
170 +30 qram acı şokolad (59-70% какао)
170 qram kərə yağı
250-300 qram şəkər tozu
3 ədəd yumurta
125 qram un
1 ç.q. qabartma tozu
bir çimdik duz
0,5 stəkan qoz ləpəsi və yaxud təmizlənmiş badam

Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın (170 qram) üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, duz səpərək, şokoladlı qarışığın içinə tökün.
Şokolad (30 qram) və qoz ləpəsini xırda-xırda doğrayıb, xəmirə əlavə edərək, Ardı »

ŞirniyyatlarAlbalı, şokoladlı keks

Dadlı şirniyyatın daha bir resepti

Ərzaqlar:

Xəmir üçün:
3 ədəd yumurta
125 qram kərə yağı
100 qram şəkər tozu
1 çay qaşığı vanil şəkəri
175 qram un
1 çay qaşığı qabartma tozu
1 xörək qaşığı süd
1 xörək qaşığı kakao
bir çimdik duz

Şokoladlı şirə üçün:
30-40 qram acı və yaxud südlü şokolad
1 xörək qaşığı süd
1 xörək qaşığı kərə yağı
1 stəkan tumsuz albalı

Hazırlanma qaydası:
Unu qabartma tozu ilə qarışdırın. Yumşaldılmış kərə yağını vanil və şəkər tozu ilə qarışdırın. Üzərinə tədricən yumurtaları əlavə edib, mikserlə çalın. Sonra üstünə unu töküb, qarışdıraraq, xəmir yoğurmağa başlayın.
Xəmiri iki hissəyə bölün. Xəmirin bir hissəsini yayıb, Ardı »