Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarƏrikli piroq resepti

Tərkibi:
150 ml qoxusuz bitki yağı
150 ml xama və ya yoqurt
200 q şəkər tozu
3 yumurta
150 q un
1/2 ç.q. qabartma tozu
bıçağın ucunda soda (xamada söndürün)
300-400 q ərik
2 x.q. istənilən cem

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə bircinsli hala gələnədək çalın. Əlinizi saxlamadan bitki yağı, xama (yoqurt), qabartma tozu ilə qarışdırılmış un əlavə edin. Lap sonda isə xamada söndürülmüş soda əlavə edin.

Xəmiri yağlanıb un səpilmiş düzbucaqlı siniyə tökün (siniyə perqament və ya folqa da döşəyə bilərsiniz). Xəmirin üstündən doğranmış ərikləri düzün. 160-170 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Hazır olub-olmadığını kibrit və ya diş çöpünü batırmaqla yoxlayın. Əgər çöpü biskvit olan yerə batırıb çıxarandan sonra üstündə qırıntı qalmırsa, Ardı »

ŞirniyyatlarMeyvəli pizza resepti

Tərkibi:
Xəmir üçün:
Un – 300 q
Döyülmüş kərə yağı – 2 x.q
Fındıq – ½ st.
Şəkər – 100 q
Süd – 200 mq
Limon sedrası – 2 x.q

İçlik üçün:
Kəsmik – 200 q
Xama – 2 x.q
Vanil
Meyvə – zövqə görə
Dondurma – 100 q

Hazırlanması:
Fındığı qızardın və üyüdün. Unu ələkdən keçirin, üzərinə üyüdülmüş fındığı, limon sedrasını və şəkər tozunu əlavə edin. Yağ və süd ilə birlikdə yaxşıca qarışdırın və xəmiri yoğurun. Sonra isə salafana büküb, soyuducuya yerləşdirin.
30 dəqiqədən sonra xəmiri açıb, yağlanmış tavada 200 dərəcədə bişirin.
Vanili, xamanı, şəkər tozunu və kəsmiyi qarışdırın və yaxşıca çalın. Bişirdiyiniz pizza çörəyinin üstünə bu qarışığı əlavə edin və 15 dəq sobada bişirin. Hazır pizzanı Ardı »

ŞirniyyatlarKremli kala gülü resepti

Tərkibi:
4 ədəd yumurta
1 st un
1 st pesok
Vanel qabartma tozu
Qatılaşdırılmış süd
200 qr kərə yağı

Hazırlanması:
Əvvəlcə yumurta pesok köpürənə qədər mikserlə çalınır. Sonra üzərinə un qabarma tozu vanel əlavə edib qatışdırık. Sonra xəmiri ya tavada ya da vafli edən qabda pişirik. Qabın dibin azca yağlayıb qaşıkla xəmiri töküb hər iki tərəfin pişirib götürük.


Krem üçün:
200 qram yağı mikserlə çalıb üzərinə qatılaşdırılmış südü əlavə edib krem halına gələnə kimi çalırık. Krem hazır oldukda 20 dəq soyuducuda saxlayırık. Sonra pişirdiyimiz biskiviti aşaqı hissədən büküb içinə krem qoyuruk. Və artık kremli kala gülü hazırdı.

Nuş olsun! Ardı »

ŞirniyyatlarAzərbaycan nanı

Əla növ buğda unu – 325q, kərə yağı – 160q, şəkər kirşanı – 95q, kişmiş – 80q, sukat – 50q, yumurta 115q, fındıq ləpəsi – 50q, zəfəran – 0,06q, ammonium – 12q, pomada üçün şəkər tozu – 245q, patka – 25q, quru karmin boyağı.

Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağı şəkər kirşanı ilə bircinsli kütlə alınana qədər çalınır. Sonra buna yumurta, zəfəran şirəsi, fındıq, kişmiş, sukat və ammonium karbonat əlavə edilir, yaxşıca qarışdırılır. Ələnmiş un tökülüb tez xəmir yoğrulur. Xəmir yoğrulması ilə bərabər eyni zamanda şəkər tozu və patkadan pomada hazırlanır. Xəmir ),5 kq-lıq kündələrə bölünür Ardı »

ŞirniyyatlarAlmalı Qurabiyələr

Almalı Qurabiyə

Gönül Candaşın “Bereketli Olsun” kitabından adaptə edilmişdir

Almalı qurabiyə Türkiyədə çox məşhur şirniyyatdır və hazırlanmasının bir neçə üsulu var. Mən bu resepti sınadım. Hazırlanması sizin üçün rahat olsun deyə orijinal reseptdə bəzi dəyişiklik və əlavələr etdim.

İçlik üçün:

3 ədəd alma
½ fincan şəkər tozu
½ çay qaşığı darçın
1 ovuc (təxminən 3/4 fincan) xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)

Xəmir üçün:

2+3/4 fincan un
1/3 fincan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
2 xörək qaşığı qatıq
1 xörək qaşığı limon qabığı rəndəsi

Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:
İçliyin hazırlanması: Almaların qabığı soyulur. Ardı »

ŞirniyyatlarBananlı tort

Bananli tort ağli başdan alan əsl ailəvi bayram xörəyidir. Beləsini balacadan böyüyə kimi hami xoşlayir – özünüz də əmin ola bilərsiniz. Amma onu əvvəlcədən hazirlamaq lazimdir ki, hər şeyi canina çəksin. Bu müddətdə onu soyuducuda saxlamaq daha yaxşidir (soyuducunun da əla ətri olur).

Hazirlanma müddəti: təqribən 1 saat

Lazim olan ərzaqlar: 2 yumurta,
1 banka qatilaşdirilmiş süd,
250 qr marqarin,
1/3 çay qaşiği soda,
1 xörək qaşiği bal,
2 stəkan un.
Krem üçün: 800 qr xama, 0,5 stəkan şəkər.
8 yetişmiş banan, albali da əlavə etmək olar.

Bananli tort ağli başdan alan əsl ailəvi bayram xörəyidir. Kremi yağsiz olduğuna görə, tort o qədər də Ardı »

ŞirniyyatlarTər halva

Əla növ buğda unu – 400q, ərinmiş yağ – 200q, doşab – 250q və ya şəkər tozu – 200q, darçın – 2q.

Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır. Ardı »

ŞirniyyatlarBananlı rulet

Xəmir üçün
6 yumurta
5 xörək qaşığı şəkər
8 xörək qaşığı un
yarım paket vanil
1 xörək qaşığı limon suyu
1 limonun qabığı (sedra)

Krem üçün
1 yumurta
7 xörək qaşığı şəkər
3 xörək qaşığı un
yarım litr süd
yarım limonun qabığı (sedra)
Yarım paket vanil
50 qr. marqarin
İçi və üstü üçün
2 banan
1 stəkan fıstıq

Hazırlanma qaydası:
Krem üçün istifadə edəcəyiniz südün 1 stəkanını qazana töküb isidin. Digər dərin bir qazanda yumurta, şəkər, un və xırdalanmış limon qabığını bir stəkan südlə qarışdırın. İsitdiyiniz südü yavaş-yavaş əlavə edərək, qatılaşana qədər bişirin. Daha sonra kənara qoyub marqarini və vanili əlavə edin. Ardı »