Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarAllah Təkdi Bunu Unutma

Tək ilahinin Allah olduğunu unutmayın

Bir məntiqli ifadə var. Əgər insan qumdan düzəldilən bir qala görsə mütləq o qalanı quran birinin varlığını fikirləşəcək. Çünki, əsrlərlə də olsa nə dəniz dalğaları, nə də küləklər vasitəsilə öz-özünə qumdan uca bir qala yarana bilməz. Dünyaya baxsaq hər şeyin nizamla düzülüşünü görürük. İnsan, heyvan, təbiət, ağaclar, çaylar, hava qatı, mikroblar, yerin cazibə qanunu, yerin günəşdən uzaqlığı, atmosferdəki oksigenin miqdarı və daha milyonlarca həssas nizam. İnsanın nəfəs almağı üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək, damarlar hamısı birlikdə dövrədədirlər. Heç biri bir saniyə də olsun gecikməz. Bütün bu orqanlar onları Yaradan Allahın əmrlərinə boyun əyib, insanı həyatda Ardı »

Maraqlı melumatlarO BİRİ DÜNYA ÜÇÜN YOL AZUQƏSİ

“Əməl tərəzinizin savab gözünü sədəqə ilə ağırlaşdırın”. “Sədəqə imkanlı adamların xəzinəsidir”.

Imam Əli ibn Əbu Talib (ə).






Hicrətin birinci və ikinci əsrlərinin qovşağında yaşamış məşhur müsəlman alimlərindən biri də Mühəmməd ibn Müslim Zühəridir. Zühəri Qüreyş soyundan idi, onun ulu əcdadı Zühərə ibn Kilabla Peyğəmbərin ulu babası Qüseyy qardaş idilər. Zühəri əvvəllər Əməvi xilafətində dövlət qulluğunda olmuşdu, buna görə də Əhli-beytə mənfi münasibət bəsləyirdi. Bir gün öz vəzifəsini icra edərkən bir məhkuma o qədər işgəncə verdi ki, məhkum dözməyib canını tapşırdı. Zühəri günahını başa düşüb tövbə etdi. Amma vicdanı ona əziyyət verdiyi üçün Mədinə ətrafındakı dağlara çəkildi, bir mağarada ibadət etməyə Ardı »

Maraqlı melumatlarGecikmiw Namaz

Qiyamət qopmuşdu... Qeyri-adi izdiham var idi. Hər yer insanlarla dolu idi. Soyuq tər basmışdı. Dünyada ikən, Qiyamət, sorgu-sual, tərəzi haqqında çox şey eşitmişdi. Ancaq Məhşər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Növbə ona gəlib çatmışdı. Təşviş içində saga-sola baxır, dodaqları titrəyə-titrəyə: Mənimi çağırdınız?-deyir. İzdiham birdən aralanır və qarşısında bir yol açılır. İzdihamın arasından çaşqın baxışlarla keçir… Meydanın mərkəzinə gəlir. önünə əyilir. Bütün həyatı gözlərinin qabağından gəlib keçir...Öz-özünə:-Şükürlər olsun, gözlərimi açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insanları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostlarıyla dini söhbətlər təşkil edir, malını İslam Ardı »

Maraqlı melumatlarPeyğəmbərin duaları

Belə dualardan biri ibn Hibbanın “Sunan” və “Səhih”inə daxil olan Abdullah bin Bureydin hədisində gətirilir. Onlarda Bureydin sözlərindən rəvayət edilir ki, bir dəfə Allahın Rəsulu (sav) , bir kişinin; “Allahım, həqiqətən Sənin Allah olduğuna görə və Səndən başqa ibadətə layiq olmayana görə, Tək, bütün məxluqatın sənə möhtac olduğuna görə, nə doğan nə doğulan, bərabərin olmadığına görə Səndən istəyirəm (Allahumə inni əsaluka bi-annaka anta-Llahu lə ilaha illə anta, əl-əhadu-s-səmədu, əl-ləzi ləm yalid və ləm yulləd və ləm yakun ləhu kufuvan əhəd.”). O dedi:” O Allahın elə adı vasitəsi ilə istədi ki, ona görə Ondan onunla istədikdə O bəxş edir və onun vasitəsi Ardı »

Maraqlı melumatlarVitr namazının növləri və qılınma qaydası

Əssalamu aleykum va rahmatullah


Vitr namazının vaxtı İşa namazının qılınmasından (yəni nə vaxt İşa namazını qıldızsa, o vaxtdan başlayır) sübh namazının başlanmasına qədərdir. Peyğəmbər (səlllallahu aleyhi və səlləm) demişdir: "Allah sizin üçün Vitr namazını bəxş etmişdir. Onun vaxtı İşa namazının qılınmasından sübh namazının başlanmasına qədər olan vaxtdır." (Sünən Tirmizi, 425. Şeyx Əlbani səhih demişdir)


Vitr namazının növləri:


A) 1 rükət. (Tam 1 rükət namaz qılmaq)


B) 3 rükət. (2 rükət sübh namazı kimi qılmaq, sonra 1 rükət tam qılmaq, yəni vitri qılmaq)


C) 5 rükət. (4 rükəti ardıcıl olaraq sübh namazının 1-ci rükəti kimi qılmaq, davam olaraq 5-ci rükəti tam qılmaq, yəni vitri qılmaq. Bunlar elə Ardı »

Maraqlı melumatlarHər Bir Işdə Xeyir Var

Keçmiş zamanlarda bir ağanın zəkalı bir nökəri vardı. Nökər hər gün iki böyük səhənglə (su qabı ilə) həyətin o biri başında yerləşən quyuya gedir, səhəngləri su ilə doldurub geri qayıdırdı.

Gətirdiyi suyu evin yanındakı boyük su anbarına tökürdü. Anbarı doldurmaq üçün gündə bir neçə dəfə quyu üstə getməli olurdu. Rahatlıq üçün çiyninə bir taxta parçası qoyar, səhənglərin hər birini bu taxtanın uclarından asardı. Səhənglərin biri sağ tərəfinə, o biri də sol tərəfinə düşərdi. Beləcə müvazinətini qoruyaraq yol gedərdi.

Günlərin birində səhənglərin birinin dibində kiçik deşik əmələ gəldi. Nökər ağasının qorxusundan səhəngin deşildiyini ona demədi. Əvvəlki qayda ilə suyu daşımağa davam etdı. Adəti Ardı »

Maraqlı melumatlarSəflərin düzəldilməsi haqqında ətraflı məlumat...

Səfləri düzəltməyin vacibliyi:
İmam, səflər düzəlmədən namaza başlamamalı, camaata səfləri düzəltməyi əmr etməli, ya özü yaxud da başqasına bu işin icrasını həvalə etməldir.
Ənəs, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin. Həqiqətən səflərin düzəldilməsi namazın kamilliyindəndir»[1].

Əbu Məsud deyir ki, biz namaz üçün dayananda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əli ilə çiyinlərimizə sürtər və deyərdi: «Bərabər dayanın, (əyri-üyrü dayanıb) ayrılmayın ki, qəlbləriniz də ayrılmasın...»[2].
Noman ibn Bəşir deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səflərimizi düzəldərdi. Sanki bu səflər ox ucluqlarına taxılacaqdı. Sonra biz səfləri tam düzəltməyə alışdıq. Amma Ardı »

Maraqlı melumatlar» Quran »

Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti vardır. Qurandakı elmi məlumatlarda keçmişlə əlaqədar verilən xəbərlərdə riyazi şifrələmələrdə o dövrdə heç bir insan tərəfindən bilinə bilməyəcək gerçəklər ayələrdə xəbər verilmişdir. Bunların yanında o dövrün məlumat səviyyəsiylə və texnologiyasıyla əldə edilməsi mümkün olmayan inkişaflar Quranda bir qisim ayələrdə əvvəldən işarə edilmişdir. Ancaq XX və XXI əsr texnologiyasıyla əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilmiş olması Quranın insan sözü ola bilməyəcəyinin açıq-aşkar bir isbatıdır.

Quranda gələcəyə istiqamətli işarə ola biləcək ayələrdən biri Bəqərə Surəsinin 73-cü ayəsidir:

Belə olduqda biz: “Kəsilmiş inəyin bir parçasını (qatili bilinməyən) ölüyə vurun!” - dedik. (Onlar Ardı »