Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarMƏNƏVİ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ

Mənəvi xəstəliklərin və ürək sıxıntısının ən böyük müalicə üsulları aşağıda müxtəsər şəkildə qeyd olunmuşdur.
1. Zəlalət və Allaha şərik qoşmaq ürək sıxıntısının ən başlıca səbəblərindən olduğu kimi doğru yol və tövhid də bu sıxıntının müalicəsidir.
2. Saleh əməllə birgə Allahın qulun ürəyinə atdığı həqiqi iman nuru belə xəstəliklərin dəvasıdır.
3. Belə dəvalardan biri də faydalı elmdir. Belə ki, hər dəfə qulun elmi artdıqca, onun qəlbi açılır və genişlənir.

Hər cür qüsurlardan uzaq və uca olan Allaha tövbə etməli, Onun yoluna dönməli, tam ürəklə Onu sevməli, Onun hüzuruna qayıtmalı və Ona ibadət etməkdən zövq almalıdır.
5. Hər bir vəziyyətdə və hər bir yerdə Allahı mütəmadi qaydada Ardı »

Maraqlı melumatlarDin bir zərurətdir!

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır”. ("Mülk” surəsi, 67/2)

Uca Allah insanı bu dünyaya sonsuz, əbədi bir həyatı qazanmaq üçün göndərmişdir. Allah insanın əbədi bir ömrü, sonsuz səadəti, qısası, cənnətə layiq olması üçün onun yeganə Yaradan olaraq Özünə inanmasını və ibadət etməsini istəyir. Allah-Təala bu əbədi həyata qovuşmağın yollarını, insanların dünya və axirət səadətini əldə etməsinin yollarını da göndərdiyi peyğəmbərlər və müqəddəs kitablarla bəyan etmişdir.

Peyğəmbərlər və müqəddəs kitablarla insanlara çatdırılan bu ilahi əmr və qadağaların toplusuna isə din deyilir.

Dinimiz İslam Yer üzünə göndərilən son din, Peyğəmbərimiz Həzrəti Ardı »

Maraqlı melumatlarQurani-Kərim oxumaq haqqında 20 hədis

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

1 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”

2 - İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”

3 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”

4 - İmam Əli (ə) buyurmuşdur: “Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. Ardı »

Maraqlı melumatlarEl_beqere

Bismillahir Rəhmanir Rəhim!

1. Əlif, Lam, Mim.
2. Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3. O kəslərki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4. O kəslərki, sənə göndərilənə (Qur’ana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5.Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6. (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman Ardı »

Maraqlı melumatlarMalik Bin Dinar Rəvayət Edir:

- "Bir gün bir uşağın yanına
yaxınlaşdım. Uşaq torpaqla oynayır və
gah gülür, gah da ağlayırdı. Ona salam
verim dedim. Nəfsimə ağır gəldi,
fikrimi dəyişdim. Sonra dedim ki, ey nəfs, Allahın Rəsulu (s) böyüklərə də,
kiçiklərə də salam verirdi. Yaxınlaşıb
salam verdim:
- Və aleykəs-salam və rəhmətullahi və
bərəkatuh ey Malik bin Dinar!- deyə
cavab verdi. Təəccübləndim, dedim ki: - Bu günə qədər məni görmədiyin
halda məni necə tanıyırsan?
- Ruhum ruhunla mələklər aləmində
görüşdü." Soruşdum:
- Ağıl ilə nəfs arasındakı fərq nədi?
Dedi: - Sənin mənə salam verməyinə mane
olan nəfsdir, salam verdirən isə ağıldır.
- Dərdin nədir ki, torpaqla oynayırsan?
Dedi:
- Çünki biz ondan yaradıldıq, yenə
ona dönəcəyik. Yenə soruşdum:
- Görürəm ki, onunla oynayarkən gah
gülürsən, gah da Ardı »

Maraqlı melumatlarGünhahlar Ümmətləri məhvə Aparır

Lakin gəlin qulun dünya və axirət həyatını məhv edə biləcək xəstəliyin necə müalicə olunmasına qayıdaq. Bilmək lazımdır ki, günah və asilik ziyan gətirir və qəlbə gələn bu ziyan müxtəlif gücə malik olan zəhərlərin bədənə gətirdiyi ziyana bərabərdir. Həqiqətən dünya və axirətdə olan istənilən zülmün səbəbi günah və asilikdir.
Valideynlərimizi(Adəm və Həvva) ləzzət, xoşbəxtlik, sevinc və şənlik məkanı olan Cənnətdən nə çıxartdı və bu əziyyət, kədər və bədbəxtçilik məkanına nə gətirdi?
Səma şahlığından İblisi nə çıxartdı? Onu qovulmağa və lənətə nə gətirdi, zahiri görkəmini və daxili dünyasını nə dəyişdi? Ona ən mundar və pis görkəmi nə verdi?

Nəyə görə (Allaha) yaxınlıq qovulmaqla, rəhmət Ardı »

Maraqlı melumatlar¤İmam Əli(ə) Quranda¤

İnzar ayəsi:


İnzar ayəsinə (ﺁﯾﻪ ﺍﻧﺬﺍﺭ) məşhur
olan ayə Rəd surəsinin yeddinci
ayəsidir ki insan toplumlarının
hər zaman bir yol göstərici və
lideri olmasının dəlili və habelə
bəzi sünnü və şiə mənbələri və
inanclarına görə Əli bin Əbu
Talib-in peyğəmbərdən sonra
müsəlmanların lider və rəhbəri
olmaqdan xəbər verir ki şiələr
ona imam deyillər. inzar
ərəbcədə xəbardarlıq vermək və
uyarmaq mənasını verir.

Yazı və tərcüməsi


ﻭَﻳَ��?ُﻮﻝُ ﺍﻟَّﺬِﻳﻦَ ﻛَﻔَﺮُﻭﺍ ﻟَﻮْﻟَﺎ ﺃُﻧْﺰِﻝَ ﻋَﻠَﻴْﻪِ
ﺁﻳَﺔٌ ﻣِﻦْ ﺭَﺑِّﻪِ ۗ ﺇِﻧَّﻤَﺎ ﺃَﻧْﺖَ ﻣُﻨْﺬِﺭٌ ۖ ﻭَﻟِﻜُﻞِّ
ﻗَﻮْﻡٍ ﻫَﺎﺩٍ
az: o, kəslər ki kafir oldular
deyillər: «niyə onun Allahı
tərəfindən ona bir möcüzə
və ayə endirilməyibdir!?» sən
fəqət uyarıcısan! və hər bir
qrupa yolgöstərici var,
bunlar hamısı bəhanədirlər
və həqiqəti tapmaq üçün
deyillər.
Təfsir(açıqlama)

Sünnü baxışı:

Təbəri ibni Əbbasdan öz
təfsirində bu ayənin altında Ardı »

Maraqlı melumatlarİSLAM (İslam sözünün mənası)

İslam – sözdə əl-İslam, əl-İstislam itaət etmək, bağlanmaq deməkdir.
Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, boyun əymək, şirkdən və müşriklərdən uzaq olmaq ilə Allaha təslimiyyət deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).

Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün Ardı »