Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiLənkəran qalası Tarixi

Lənkəran qalası 1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tikintisi tamamlanmışdır.

Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşmişdir. Qala Birinci Rus-İran müharibəsində (1804-1813) İran ordusunun mühüm dayaq məntəqəsi olmuşdur. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-cü il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur və top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir. Ardı »

ÜmumiBakı metrosunda terror (3 iyul, 1994)

Bakı metrosunda terror — 3 iyul 1994-cü ildə Bakı Metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarında Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror.

Terror nəticəsində 14 nəfər həlak oldu, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Terror aktını törətməktə şübhəli bilinən Azərbaycan respublikasının vətəndaşı, Azər Aslanov Moskva şəhərində həbs olunur, və Azərbaycana ekstradisiya edilir.

1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı metropolitenində teror aktı törədmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülmüşdür.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, 13 yanvar 1994 cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov, Ermənistanda Ardı »

ÜmumiAzərbaycan 2008 Yay Olimpiya Oyunlarında

Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında - Azərbaycan 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilmiş Yay Olimpiadasında 44 idmançı ilə 10 növ idman üzrə çıxış etmişdir. Azərbaycan yığması bu olimpiadada postsovet məkanındakı ölkələr sırasında (medalın sayına görə Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan və Qazaxıstan yığmalarından geri qalmış, Özbəkistan, Latviya, Estoniya, Litva, Qırğızıstan, Tacikistan, Ermənistan, Moldaviya və Türkmənistan yığmalarını isə ötmüşdür) 6-cı yer tutmuşdur. Azərbaycan yığması avropa ölkələri sırasında 20-ci yeri tutmuşdur. Ardı »

ÜmumiTolerantlıq Kuboku 2014

Tolerantlıq Kuboku 2014 və ya rəsmi adı: Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turniri — dini qurumlararası "Tolerantlıq Kuboku" uğrunda mini futbol turnirinin ikinci mövsümü.

Turnir 25 aprel - 7 may 2014-cü il tarixləri arasında Bakı şəhərində keçirilmişdir. Turnirin qalibi Sumqayıt şəhəri "Cümə" məscidi dini icmasının futbol komandası olmuşdur.
Turnirin məqsədi[redaktə]
Müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi;
Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə verilməsi;
Dini qurumların nümayəndələri arasında əlaqələrin genişləndirilməsi;
Dini qurumların nümayəndələrinin Azərbaycanın mənəvi dəyərlərinin qorunmasına daha da yaxından cəlb edilməsindən ibarətdir. Ardı »

ÜmumiMannada Dövlət strukturu

Mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

Dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar. Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışdır. Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar Ardı »

ÜmumiYarəli

Yarəli (d. ? – ö. ?) — Quba üsyanının (1837) başçılarından biri. Yarəlinin başçılığı ilə üsyançılar bir neçə dəfə kazak dəstələrini məğlub etmiş və onların bir sıra hissəsini əsir almışdı. 1837-ci il sentyabrın 4-dən 5-nə keçən gecə Qubaya hücum zamanı Yarəlinin başçılığı ilə 600 nəfər şəhərə daxil olmuş, lakin top atəşi ilə qarşılanaraq qızğın döyüşdən sonra geri çəkilmişdi. Üsyan amansızcasına yatırıldı, Yarəli bir dəstə üsyançı ilə dağlara çəkildi. Ardı »

ÜmumiƏsgəran qalası

Əsgəran qalası – El arasında "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Qalanın Ardı »

ÜmumiCuğa

Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.

Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa Ardı »