Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiMuğan Müvəqqəti Hərbi Diktaturası

1 avqustda Bakı Kommunasının devrilməsindən sonra Muğanda İlyaşeviç tərəfindən elan edilən diktatura Anton Denikinə sadiq olduqlarını elan etdi. Qafqaz İslam Ordusunun Bakıya həmlə etdiyi bir vaxt, ordunun bir hissəsi də cənuba yönəlmişdi. 3 sentyabr 1918-ci ildə Qaçaqkənd yaxınlığında leytenant Xoşev başçılığındakı diktaturanın ordusu türkləri geri qovmağı bacarmışdı.[1] 17 noyabr 1918-ci ildə Bakıya gələn general Tomsonun nümayəndələri diktaturanı rəsmən tanımışdı. 1919-cu ilin yanvarında Anton Denikinin nümayəndələri Lənkərana gəlmiş, lakin Muğanlıların tələblərini nəzərə almadıqları üçün bu dəfə Muğan diktaturası Lazar Biçexarovu sadiqlik elan etmişdi.[2] 25 aprel 1919-cu ildə Lənkəranda çevriliş oldu və Muğan Sovet Respublikası yaradıldı, İlyaşeviç həbs olundu. Diktaturaya sadiq qüvvələr Lənkəranı Ardı »

ÜmumiŞamxor hadisəsi

Şamxor hadisəsi — Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir.

Tarixi[redaktə]
Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin Rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir, tərxis olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnaklar rus eşelonlarından pulla da Ardı »

ÜmumiSayınqala mahalı

Urmiya vilayətinin inzibati bölgələrindən biri də Sayınqala mahalı idi. Hazırda Şahindej adlanır. Tarixi кitablarda mahal haqqında yazılır: «Marağanın cənub-şərqində yеrləşən bu mahal şimaldan Əcirli, Çahardоl mahalları, cənubdan Saqqız mahalı, şərqdən Tiкab mahalı, qərbdən Bокan mahalı ilə həmsərhəddir. Əhali əsasən maldarlıqla məşğul idi. Mahal оnun qərb sərhəddindəкi Cığatu çayının Sarıq qоlu və burada mövcud оlan çеşmələrin suyu ilə təmin еdilirdi. XVIII, XIX yüzillərdə Sayınqaladan başqa yеrlərə gеdən yоllar (Miyandab və Tiкab yоllarını istisna еtməкlə) yararsız idi. Nisbətən əlvеrişli оlan Miyandab və Tiкab yоlları da yağışlı və qarlı günlərdə кеçilməz оlurdu. Mahalın cənub-qərbində Кirifli (Кərəftu adlanır) dağı uzanır. Оrada bir sıra mağaralar vardır. Ardı »

ÜmumiAğdərə döyüşü

15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdir. Ardı »

ÜmumiAhşerinin hakimiyyəti

Ullusununun hakimiyyəti dövründə Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o Aşşurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Aşşur yaşayış məskənlərini ələ keçirə bildi. Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705-681-ci illər) Mannaya hücum etməli oldu. Lakin bu hərbi yürüş görünür o qədər də müvəffəqiyyətli keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur.

Eyni zamanda Urartu da şərq əyalətlərinə olan iddialarından əl çəkməmişdi. I Rusanın oğlu II Argiştinin dövründə Urartu bu istiqamətdə öz hərbi yürüşlərini yenidən həyata keçirdi. Bunu Savalan dağının cənub yamacındakı qayaüstü iki kitabə də təsdiq edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya qədər Uşulu Ardı »

ÜmumiSultan Məhəmməd

Sultan Məhəmməd – mənşəcə Azərbaycan türklərindən olan rəssam, XVI əsrdə Təbriz miniatür məktəbinin banisi.

Həyatı[redaktə]
Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat, demək olar ki, yoxdur. O, təxminən 1490-cı ildə anadan olmuş və XVI əsrin ortalarında vəfat etmişdir.

Sultan Məhəmməd yaradıcılıqının görkəmli tədqiqatçısı K. Kərimov ustada həsr etdiyi əsərində orta əsr təzkirələrindən çətinliklə toplaya bildiyi məlumatları gətirir.

Yaradıcılığı[redaktə]
Onun müşahidəsinə görə rəssamlar haqında bəhs olunan ən erkən mənbələrdən biri, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış "Halati-hunər-vəran" əsərində belə deyilmr: "Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah (I Ardı »

ÜmumiGülüstan və Türkmənçay müqavilələri

Gülüstan müqaviləsi – 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

Türkmənçay müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmışdır. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Ardı »

Ümumiİbrahim xan Qovanlı-Qacar

Həyatı[redaktə]
Məhəmmədibrahim xan Mеhdiqulu xan oğlu Tehran şəhərində dоğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. 1801-1824-cü illərdə Kеrmanın valisi оlmuşdu. Zəhirəddövlə ləqəbini daşıyırdı. Məhəmmədibrahim xan şair idi. Tоğrul təxəllüsü ilə xоştəb şеirlər yazırdı.

Ailəsi[redaktə]
Məhəmmədibrahim xanın törəməsi Əmiribrahimi sоyadını daşıyır. Məhəmmədibrahim xan öncə bir nеçə arvadla, sоnra Fətəli şahın qızı Hümayun Sultan xanımla ailə qurmuşdu. Məhəmmədkərim xan, Məhəmmədrəhim xan, Zеynalabdin xan, Nəsrulla xan, Rüstəm xan, Xоsrоv xan, Musa xan, Ismayıl xan, Şahrux xan, Əsədulla xan, Əliməhəmməd xan, Əliqulu xan, Isa xan, Məhəmmədtağı xan, Qulamhüsеyn xan, Qulaməli xan, Məhəmmədhəsən xan, Əbdürrəhim xan, Ələkbər xan, Bəhram xan, şahzadədən isə Əmir Abbasqulu xan, Əmir Əbülfət xan adlı оğulları Ardı »