Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiMart hadisələri (1995) Siyasi mühacirət

Mahir Cavadov isə bir müddət İranda yaşasa da, sonradan Avstriyada siyasi sığınacaq alıb. Rövşən Cavadovun atası, keçmiş prokuror Bəxtiyar Cavadov da neçə il əvvəl vəfat edib. Onun yasında iştirak etmək üçün Bakıya gələn R.Cavadovun oğlu Laçın Cavadov Moskvaya qayıtdıqdan 3 gün sonra müəmmalı şəraitdə dünyasını dəyişib. Ardı »

ÜmumiUallinin hakimiyyəti

Aşşurbanapalın Ahşerinin bütün nəslinin "qılıncdan keçirilməsi" barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əleyhdarları Aşşurlarla ittifaq tərəfdarları idilər və üsyan da onun köməkliyi olmadan hazırlana bilməzdi. Ahşerinin hətta öz paytaxtı İzirtunu tərk etdikdən sonra da, bir kitabəyə görə İştatti, digərinə görə isə Atran qalasında möhkəmlənərək aşşurlara kəskin müqavimət göstərirdisə Ahşerini öldürən qiyamçılar aşşurlara daha çox kömək göstərmiş oldular. Ahşernnin oğlu Ualli Aşşurun qələbəsini etiraf etdi, aşşurluların iddia etdikləri bütün xəracları ödədilər və əlavə olaraq daha 30 at verdilər. O, oğlu Erisinini və qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Aşşurbanapal Mannaya özünün sülh elçisini göndərir.

Aşşurbanipalın "B Ardı »

ÜmumiRusların ermənilərə dəstəyi

18 iyun, 1992-ci il tarixində Dağlıq Qarabağ Respublikasında fövqəladə vəziyyət elan edildi. 15 avqustda respublikanın müdafiə nazirliyi yaradıldı. Nazirliyə ilk dövlər Robert Köçəryan, sonrada isə Serj Sarqsyan rəhbərlik etmişdir. DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi.[3] Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu (DQMO) yaradıldı.

Rus generalı Lev Ruxlovun sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər Ardı »

ÜmumiElxanilər dövləti Mədəniyyəti

13-cü əsrin ortalarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülaku xanın (1256-1265) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq – sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı. Qazan xanın vəziri Rəşidəddinin tikdirdiyi Rəşidiyyə xüsusilə məşhur idi. Akademiya şəhərciyi kimi tanınan Rəşidiyyədə 24 karvansaray, 1500 dükan, 30 min yaşayış evi, mədrəsələr, 60 min kitab fondu olan 2 kitabxana, hamamlar, bağlar, dəyirmanlar, yun parça və kağız karxanaları, boyaqxana, zərbxana, 2 cümə məscidi və s. tikililər olmuşdur. Rəşidiyyənin əsas memarlıq özəyini Günbəd (Rəşidəddin türbəsi), Dər üş-Şəfa Ardı »

ÜmumiŞəhidlər Xiyabanında dəfn olunanlar (Tərtər)

Şəhidlər Xiyabanında dəfn olunanlar — Tərtər şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq.
Ə[redaktə]
Əhmədova Rəfiqə Ağalar qızı (1941-1992) Ardı »

ÜmumiƏmir Çoban Sulduz

Əmir Çoban noyon Məlik noyon oğlu Sulduz (?-1328) - Elxani əmiri, sərkərdə.
Həyatı[redaktə]
Əmir Çoban Sulduz Elxanilər dövrünün önəmli sərkərdələrindən biri idi. Fəaliyyətə Arqun xanin hakimiyyəti dönəmində başlamışdı. Qazan xanın yürüşlərində iştirak etmişdi. Sultan Məhəmməd Xudabəndənin (1304-1316) dövründə hakimiyyət de-fakto Əmir Çobanın əlinə keçdi. Çoban türk-monqol mənşəli Sulduz elinə mənsub idi və bu el orta çağda Urmiya vilayəti ətrafında məskunlaşmışdı. Əbu Səid Bahadur xan (1316-1335) dövründə Əmir Çoban dövlətə qarşı bütün üsyanları yatırtdı. Qızıl Orda qoşununu məğlub etdi. Əmir Çobanın nüfuzundan qorxuya düşən Əbu Səid 1328-ci ildə onu oğlanları ilə birlikde öldürtdürdü.

Ailəsi[redaktə]
Əmir Çoban Sulduz Sultan Satıbəy xatunla ailə qurmuşdu. Oğlanları

Əmir Dəmirdaş Sulduz
Əmir Cilovxan Ardı »

Ümumi1801-ci il - qaçqınlıq dövrü

1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar.

Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi. Ardı »

ÜmumiLaçınqaya qalası

Qala Kəlbəcər rayonu ərazisində yerləşir. Laçınqaya qalası təkcə qədim sığınacaq yeri olmamış, həm də yaxşı qorunan strateji yaşayış məntəqəsi olmuşdur. Bu qalanın sağ tərəfindəki çınqıllıqdan yaxınlıqdakı çaya qalada sığınanların suya olan ehtiyaclarını rahat ödəmək üçün gizli bir yol çəkilib. Ardı »