Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiAzərbaycan toponimləri

Azərbaycan toponimləri – tarixi Azərbaycan dövləti ərazisində yayılmış yer adları.
Türkkökənli yer adları[redaktə]
Abşeron. Bəzi tədqiqatçılar toponim adının tat dilindəki "ab" (su) və "şeron" (duzlu) sözlərindən əmələ gəldiyini və "duzlu su" anlamına gəldiyini yazırlar. Digərləri [1] "ab" (su) və "şirin" köklərindən törədiyini və "şirin su" mənası daşıdığını iddia edirlər. Ancaq toponimin mənşəyi haqqda ən əsaslı açıqlama Seyran Vəliyevə məxsusdur: o, Abbasqulu ağa Bakıxanova, B. Dorna, Rəmzi Yüzbaşova [2] istinad edərək toponimin ilkin tarixi adının Əfşaran olduğunu və XVIII əsrdən etibarən rus dənizçiləri tərəfindən xəritələrə Abşeron kimi köçürüldüyünü qeyd edir. Əfşəran sözü türk tayfası əfşarlarla bağlıdır. Əgər "Abşeron" sözü əfşar tayfasıyla bağlıdırsa, bu o Ardı »

ÜmumiMuğanna

Həyatı[redaktə]
Onun əsl adı Hakim ibn Haşim, bəzi mənbələrə görə Ata idi. Muğanna “niqabla örtülü” mənasını daşıyan ləqəbdir. O, ağ qiyafə geyinərək deyirdi ki, bədəninə ilahi ruh köçüb və o, insanların bərabərliyi uğrunda mübarizə aparır. O, Mərvdə doğulmuş və Əbu Müslümün hərəkatında iştirakına görə 15 il müddətinə həbs edilmişdi. O, həbsdən qaçıb gizli təşkilat yaratdı və panteizm ideyalarını təbliğ etməyə başladı, “Vəhdət əl-vücud” irəli sürərək şöhrət qazandı.

Hərəkatın mərkəzi Buxara idi. Sonra o, Qaşqadərya və Zərəfşan vadisinə də yayıldı. Üsyançılar Buxaranı tuta bilməyərək hakimi Muğannanın tərəfinə keçən Narşah əyalətinə çəkildilər. 766-cı ildə onun dəstəsi Narşah yaxınlığında məğlub oldu, 700 nəfərdən çox adam öldürüldü. Ardı »

ÜmumiFutbol üzrə dünya çempionatı 1950

Braziliya – 1950[redaktə]
Final mərhələsi[redaktə]
24 iyun – 16 iyul

13 komanda 4 qrupda mübarizə apardıqdan sonra, qrup qalibləri final qrupuna yüksələrək mübarizəni dairəvi sistem ilə davam etdiriblər.

22 oyun

1 337 000 tamaşaçı (orta hesabla hər oyunda 60 773)

88 qol (orta hesabla hər oyunda 4,00)

Ən yaxşı futbolçu – Ademir (Braziliya)

"Het-trik" (bir oyunda üç qol) – Kremasçi (Çili)

"Poker" (bir oyunda dörd qol) – Skyaffino (Uruqvay), Ademir (Braziliya)

Yubiley qolu: 300-cü qol Çiko (Braziliya)

Bombardir: Ademir (Braziliya) – 9 Ardı »

ÜmumiÇobanilər dövründə qızılordalıların Azərbaycan yürüşü

1352-ci ildə Məlik Əşrəf Sulduzun zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış Qarabağ üsyanı (1343-1356) çətinliklə yatırıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh düşkünküyünə qapıldı və dövlət işləri ilə fəal məşğul olmadı. Azərbaycanda yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə buraya gələrək yerli feodalların müşayiəti ilə Təbrizə daxil oldu və Məlik Əşrəfi edam etdirdi. Bu dövrdə Şirvanşahlar Çobanilərə qarşı mübarizəni davam etdirirdilər və bu məqsədlə şimal qonşuları olan Qızıl Orda xanı ilə əlaqədə idilər. Qızıl Orda xanı Canı bəy 1357-ci ildə Şirvan ərazisini maneəsiz keçərək Təbrizə daxil olanda Şirvanşah Kavus ibn Keyqubad da Canı bəylə Təbrizə Ardı »

Ümumi1988-1990 azərbaycanlıların Ermənistandan deportasiyası

1988-ci ilin ilin yanvarnda Qafan və Muğrudan yenə azərbaycanlı qaçqınlar Azərbaycana pənah gətirdilər.Leninakanın uşaq evinden Azerbaycana gönderilen 70 nəfer azərbaycanlı uşaq Spitakda qətlə yetirildi.Ermənistanın zəlzələ zonasına kömeyə gedən 78 nəfər azərbaycanlının olduğu İl-76 təyyyarəsi "Stinger" qurgusu ilə vuruldu.1991-ci il 8 avqustda Ermənistanda sonuncu kənd olan Nüvədi (Muğru rayonu) rus esgərlerinin komeyi ile boşaldıldı.Beləliklə Ermənistandakı 185 azərbaycanlılar yasayan kənddən 230 min azərbaycanlı qovuldu. 255 nəfər öldürüldü. Ardı »

ÜmumiSoyurqal

Soyurqal (monqolca hərfi mənası ehsan, bəxşiş, hədiyyə, güzəşt) - orta əsrlərdə hərbi xidmət müqabilində feodal əyanlara bağışlanılan torpaq sahəsi, mülk. Qızıl Orda, Orta Asiya, İran, İraq və Azərbaycanda (XIV-XIX yüzilliklərdə), habelə Hindistanda (XVI-XIX yüzilliklərdə) və bir sıra başqa ölkələrdə geniş yayılmışdı. Zaman keçdikcə soyurqal torpaq sahibliyi ilə əvəz olunmuşdur. Ardı »

ÜmumiNaxçıvan şəhərinin tarixi məhəllələri

Ağabəylilər məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Adı Kəngərli mənşəli Ağabəylilər nəsli ilə bağlıdır.

Anbar məhəlləsi – Naxçıvan şəhərində, indiki “Yaşıl aptek” yerləşən yaşayış binasının yerində qədimdə mövcud olmuş bazara gələn kəndlilər və Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları bir neçə günlüyə indiki mədəniyyət sarayı ilə üzbəüz binaların yerində mövcud olmuş anbarlara yığırdılar. Buna görə də ətraf ərazi Anbar məhəlləsi adlandırılırdı. Məhəllədə mehmanxana, yeməkxanalar, çayxanalar. Məscid və sair olmuşdur. Məhəllə bir neçə yüz illik tarixə malikdir. Onun adına XVII əsrə aid sənəslərdə rast gəlinir.

Atabəylər məhəlləsi – Məhəllənin adı Naxçıvan şəhərinin tarixində mühüm rol oynamış və onu paytaxt şəhərə çevirmiş Ardı »

ÜmumiNəhənglərin qəbristanlığı

Nəhənglərin qəbristanlığı — Lənkəran rayonunun Bəlləbur kəndində yerləşən qəbristanlıq.

Nəhənglər qəbristanlığında üstünə 5-8 tonluq daşların qoyulduğu 1000-ə yaxın qəbir var. Bu daşların hansı yolla və nə vaxt qəbirlərin üstünə qoyulduğu dəqiq məlim deyil.

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Ardı »