Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ÜmumiDop sülaləsi Tarixi

Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə - Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242—1243) iştirak Ardı »

ÜmumiMinsk metrosunda terror aktı (11 aprel 2011)

Minsk metrosunda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir. Ardı »

ÜmumiBakı qalası

Bakı qalası, Bakı şəhəri (Orta əsrlərdə), İçəri şəhər (müasir dövrdə) - Abşeron qalalarının ən böyüyü və mükəmməli. Qala ikiqatlı divardan ibarət olub. Birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilmişdir. Lakin ikinci qala divarları Azərbaycanda rus çarizminin hakimiyyəti dövründə uçurularaq məhv edilib. Birinci qala divarı isə hələ də qalmaqdadır. Bakı qalasının iki qapısı olub. Onlardan biri Xəzər dənizinə, digəri isə quruya açılırmış.

Bakı qalasının mifik müdafiəçisi də olub. Xalq arasında yayılan əfsanəyə görə Bakı qalasını əfsanəvi nəhəng buğanın müsbət aurası qoruyurmuş. Bu buğanı isə iki böyük şir müdafiə edirmiş. Bakı qalası bir çox tarixi hadisələrə şahid olmuş, Ardı »

ÜmumiƏhməd xan Dəvəli-Qacar

Həyatı[redaktə]
Məhəmmədrəhim xanın üçüncü оğlu Əhməd xan 1852-ci ildə Tehran şəhərində dünyaya gəlmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sоnra məktəbdə оxumuşdu. Təhsilini univеrsitеtdə davam еtdirmişdi. Atasının vəfatından sоnra Əlaüddövlə ləqəbini daşımışdı. Əhməd xan 1881-ci ildə şahın xas qvardiyasının, «Məhdiyyə» adlı qızılkəmər atlılarının rəisi idi.

Əhməd xan 1895-ci ildə Xəmsə, 1896-cı ildə Ərəbistan əyalətlərinə vali təyin еdilmişdi. Əhməd xan Ərəbistanda vali оlarkən Şüştər və Dizful bölgələrində fəaliyyət göstərən Hеydəri və Nеməti təriqətlərinin çıxışlarını zоrla yatırmışdı. Bu оlay Tehran ruhanilərinin fitnəsi ilə həyata kеçirilmişdi. 1897-ci ildə Tehrana qayıtmışdı.

Əhməd xan 1899-cu ilin nоvruz bayramında Mazandaran, 1900-cü ildə Astarabad, 1902-ci ildə Kirmanşah, 1903-cü ildə isə Fars əyalətlərinə vali Ardı »

ÜmumiBlantyre (mahal)

Coğrafiya[redaktə]
Blantyre ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Blantyre şəhəridir. Mahal şərqdə Chiradzulu mahalı, cənubda Thyolo mahalı, şimal-şərqdə Zomba mahalı, şimal-qərbdə Mwanza mahalı, cənub-şərqdə Chikwawa mahalı ilə qonşudur.

Əhali[redaktə]
Blantyre mahalında 999,491 nəfər yaşayır. Ardı »

ÜmumiAzərbaycan müəllimlərinin VI qurultayı

Azərbaycan müəllimlərinin VI qurultayı — 26 avqust 1946-cı ildə keçirilmişdir.

VI qurultayın gündəliyindən[redaktə]
450 nümayəndənin iştirak etdiyi VI qurultay 29 avqust 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında öz işinə başlamışdır.

Qurultayı giriş sözü ilə maarif naziri Mirzə İbrahimov açmışdır.

Ali məclisin rəyasət heyəti, redaksiya və mandat komissiyaları seçilmişdir.

Gündəlikdə aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

1. Azərbaycan məktəblərində təlim və tərbiyə işlərinin yüksəliş yolları haqqında.

2. Müəllim hazırlığı və ixtisasını artırmaq işlərini yaxşılaşdırmaq tədbirləri haqqında.

Birinci məsələ haqqında respublikanın maarif naziri, Azərbaycan EA-nın həqiqi üzvü Mirzə İbrahimov məruzə etmişdir. M.İbrahimovun ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, imtahanların yekunları və təhsilin keyfiyyəti, müəllimlərin ixtisası və pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik Ardı »

ÜmumiAzərbaycan generalları

Azərbaycan generalları – 2005-ci ilin aprel ayında AMEA Azərbaycan Tarixi Muzeyi tərəfində çapdan çıxmış kitab-kataloq.

Oxuculara təqdim edilmiş bu kataloqda general yüksək hərbi rütbəsini daşıyan azərbaycanlı sərkərdələrin həyat və fəaliyyətlərinə dair Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılan müxtəlif səpgili materiallar verilmişdir. Bunların arasında əhəmiyyətinə görə tarixin səhifələrində dərin iz qoyan hərbi xadimlərdən hələ ötən əsrin əvvəllərində çar Rusiyası ordusunda xidmət etmiş generallar – Həsənbəy Ağalarov, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, İbrahimbəy Vəkilov və başqalarının adları vardır. Muzeyin fondlarında materialları qorunub saxlanılan generalların çoxu isə İkinci dünya müharibəsinin cəbhələrində vuruşmuşlar. Belələrindən, xalqın yaddaşında mərdlik və hünər rəmzi kimi qalan, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına Ardı »

ÜmumiBayıl qalası - Tədqiqi

Bir də yüzillər keçəndən sonra, Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlamışdır. Mütəxxəsislərin əksəriyyəti o fikirdədi ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939 – 1969 – cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700 – dən artıq yazılı daş tavalar çıxarılmışdır. Dərin oymalı bu daş tavalar nadir monumental xəttatlıq və heykəltəraşlıq əsərləri olub, nəhəng tikinti kitabəsinin ayrıntılarıdır. İlk çağda onlar divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı (hündürlüyü Ardı »