beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1967 Avroviziya Mahnı Müsabiqəsi

1967 Avroviziya Mahnı Müsabiqəsi — 8 aprel 1967 -ci ildə Vyana-Großen Festsaal der Wiener Hofburg'da təşkil olunmuşdur. Bundan əvvəlki il Avstriya təmsilçisi Udo Jürgens qalib gəldiyi üçün müsabiqə Avstriyada keçirilmişdir. Müsabiqədə 17 ölkə iştirak etmişdir. Böyük bir fərqlə müsabiqəni Sandie Shaw Böyük Britaniya adına qalib gəlmişdir. Müsabiqənin aparıcısı Erika Vaal olmuşdur. Ölkələr xallarını verdikləri vaxtda müsabiqənin aparıcısı verilən bir xallardan başı qarışmışdır və axırıncı ölkənin xallarını açıqlamadan Böyük Britaniyanın qalib gəldiyini bildirmişdir.
Amma bunun səsverməyə heç bir təsiri olmamışdır. Çünki onsuz da Böyük Britaniya böyük bir fərqlə qalib gəlmişdir.
İştirak edən ölkələr
Danimarka o il müsabiqədə iştirakdan imtina etmişdir və bir daha 1978-ci ildə müsabiqədə iştirak etmişdir.
Böyük Britaniya ilk dəfə bu il müsabiqədə qalib gəlmişdir.
İsveçrə isə ikinci dəfə müsabiqəni sıfır xal ilə başa çatdırdı.


Tarix: 27.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Ümumi