beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Topxana meşəsinin qırılması (1988)

Topxana meşəsinin qırılması (1988) - Azərbaycan SSR-də baş verən Meydan hərəkatını (1988-ci il 17 noybar - 5 dekabr) başladan ictimai-siyasi hadisə.
1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk mitinq keçirdi. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu:

Topxana meşəsinin qırılması dayandırılsın;
Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;
SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanında - Azadlıq meydanında (keçmiş Lenin meydanı) Sovet imperiyasının xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının mitinqi başlandı. Anti-sovet xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə, hətta statistik məlumatlara görə milyonlarla insanın toplaşması ilə başladı. Qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol 1988-ci il 17 noyabr mitinqindən başlandı.

Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr, 1991-ci il.) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.


Tarix: 12.02.2015 / 14:57 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: Ümumi