beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neft Daşlarında faciə (1957)

"Neft Daşları"nda faciə — 21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə. Hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.
Səbəbləri
Faciənin baş verməsinin əsas səbəbi hava şəraiti olmuşdur. Belə ki, həmin vaxt Neft Daşlarında saniyədə 44 metr sürətlə güclü külək əsirdi ki, bu da 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğanın yaranmasına səbəb olmuşdur. Nəticədə dəniz özülü qasırğanın gücünə tab gətirməyərək dağılmış və həmin ərazidə olan 21 nəfər bataraq həlak olmuşlar. Onların batdığı yerdə səhərədək qışqırıq, köməyə çağırış səsləri eşidilsə də o dövrdəki texniki imkanlar şəraitində onlara kömək etmək mümkün olmamışdır.

Həlak olanlar
Hadisə nəticəsində "Neft daşları" Neft və Qaz Çıxarma İdarəsinin əməkdaşları - Neft Daşlarının əsasını qoyanlardan M.P.Kaveroçkinin və S.Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olmuşdur. Əksəriyyəti gənc və subay oğlan olan neftçi şəhidlərinin meyidlərini tapmaq mümkün olmamışdır. Həlak olanlar bunlardır:

Mixail Pavloviç Kaveroçkin;
Süleyman Bağırov;
İbrahim Qurban oğlu Sadıqov;
Nikolay Duplixin;
Məmməd Muradov;
Bala Mirzəyev.
Əbdülhəsən Babayev[Mənbə göstərin]
Xatirəsi
Faciədən sonra hər il noyabrın 21-də onların batdığı yerə 21 dəst qərənfil atmaqla onların ruhları yad edilir.
1999-cu ildə Neft Daşlarının yaranmasının 50 illik yubileyi günlərində faciə qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.
2009-cu ildə Neft Daşlarının yaranmasının 60 illik yubiley ərəfəsində parkın yenidən qurulması ilə əlaqədar həlak olan neftçilərin xatirəsinə yeni memorial kompleks yaradılmışdır.


Tarix: 12.02.2015 / 14:48 Müəllif: Feriska Baxılıb: 170 Bölmə: Ümumi