beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğuz zəlzələsi (1953)

Oğuz zəlzələsi — 1953-cu il sentyabrın 2-də baş vermiş 7 ballıq zəlzələ.

1953-cu il sentyabrın 2-də Vartaşen (indiki Oğuz rayonu) rayonununda 7 ball gücündə zəlzələ olmuşdur.

Bu zəlzələdən sonra yenə hiss edilən təkanlar içərisində ən güclüləri sentyabrın 5-də və 11-də olmuşdur (6 ball gücündə). Əsas zəlzələnin təsiri ən çox Vartaşen, Muxas və Cumat kəndlərində hiss edilmişdir. Əksər evlərin künc və divarlarında yarıqlar əmələ gəlmişdir. Bəzi yerlərdə divarlar bir-birindən aralanmış, pəncərə və qapıların üstləri uçmuşdur. Çiy kərpicdən tikilmiş yerli tipli binalara hamıdan çox ziyan dəymişdir. Antiseysmik qaydalara riayət edilməklə tikilən evlərə heç bir zərər toxunmamışdır. Həmçinin 10-12 kənddə evlərin barılarında yüngül yarıqlar əmələ gəlmişdir. Sincan kəndinin yaxınlığında 208 metr dərinlikdəki artezian quyusundan zəlzələ vaxtı 10 metrə qədər hündürlükdə su fəvvarə vurmuşdur.


Tarix: 12.02.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Ümumi