beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan şəhəri - Feodal dövlətləri və Səlcuqlular

IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30 – cu illərinədək onun hakimiyyətində qaldı. Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932 – 937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.

X əsrin sonundan XI əsrin 60 – cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur. Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Səlcuq sultanı Alp Arslan (1063 – 1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi.


Tarix: 12.02.2015 / 14:14 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Ümumi