beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla)

"Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri - Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür. Barama becərilməsi işində isə Nuxa qəzası Zaqafqaziyada birinci yerdədir. Qəzada 1893-cü ildə 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal edilmişdir. Nic kəndində fındıq bağlarının sahəsi 9 desyatinə çatır. Vəndam kəndi isə alması ilə məşhurdur. Qəzada 1894-cü ildə 44930 vedrə çaxır istehsal olunmuşdur. 1891-ci ildə qəzada, Nuxa şəhəri istisna olmaqla, 5676 at, 938 eşək və qatır, 23500 baş inək, 7650 baş camış, 47850 qoyun, 3250 keçi, 660 donuz vardı. Qəzada 8 ibtidai kənd məktəbi, 5 erməni-qriqoryan kilsə məktəbi, 1 pravoslav kilsəsi, 44 erməni-qriqorian kilsəsi, 2 monastır, 261 məscid, 3 sinaqoq fəaliyyət göstərirdi. Qəza əhalisinin 69,6%-i azərbaycanlılar, 15,7%-i ermənilər, 7,8 %-i udinlər, 4,6-i kürəlilər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-i yəhudilərdir, yerdə qalan hissə isə gürcülərdən və qaputlilərdən(?) ibarətdir. Əhalinin 74,5% müsəlmandır. Əhalinin 73,5% sünni məzhəblidir. Əhalinin 22,7% erməni-qriqorian məzhəblidir. Nuxa şəhərində 25 min nəfər adam yaşayır. Onların 81%-i azərbaycanlı, 18%-i isə ermənilərdir. Şəhərdə barama emalı işi çox inkişaf etmişdir. Şəhərdə 45 baramaaçan zavod, 4 kərpic zavodu, 8 dulusçuluq emalatxanası, 4 dabbağxana və 3 sabunbişirmə sexi var. Şəhərdə həmçinin, dördillik şəhər məktəbi, 2 erməni kilsə məktəbi, 1 pravoslav kilsəsi, 3 erməni-qriqorian kilsəsi, 28 məscid, xəstəxana, həkim və aptek də fəaliyyət göstərir".

Nuxa qəzası 1917-ci idə
1917 ilin "Qafqaz təqvimi"nə görə, Nuxa qəzasının ərazisi 3685 verst² (4201 km²) idi. Qəzanın əhalisi 133505 nəfər idi. Əhalinin 73819 nəfəri (55,3%) kişi, 59686 nəfəri (44,7%) qadın, 131132 nəfəri yerli sakin, 2373 nəfəri müvəqqəti yaşayanlar idi. Qəzanın əsas əhalisi azərbaycanlılar (93557 nəfər və ya 70,1%) idi. Bundan başqa, qəzada 17751 (13,3%) erməni, 7861 müsəlman dağlı əhalisi (5,9%), 1831 (1,4%) rus qeydiyyata alınmışdı. Qəzanın mərkəzi Nuxa şəhəri (əhalisi 52243 nəfər) idi. 20 əsrin əvvəllində qəzada yüzdən çox ipəkəyirmə müəssisəsi vardı.


Tarix: 11.02.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 150 Bölmə: Ümumi