beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şihabəddin Ömər Sührəvərdi - Yaradıcılığı

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin zəngin yaradıcılıq yolu keçdiyini, onun əsərlərindən "Biliklərin töhfələri" ("Əvarif əl–maarif") kitabının dəfələrlə Misirdə, 1966–cı ildə Beyrutda, "Duaların şərhinə dair bəndələrin xəzinəsi" ("Kənz əl–ibad fi şərh əl–aurad") əsərinin 1908–ci ildə Kazanda, "Ürəkləri sevgiliyə qovuşmağa aparan cazibə" ("Cəzb əl-qülub ila müvasələt əl–məhbub") əsərinin 1910–cu ildə Hələbdə çap edildiyini bildirmişdir. Tədiqatçı kataloqlara və şərqşünas alimlərin əsərlərinə istinadən yazır ki, mütəfəkkirin kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrində əlyazması şəklində saxlanılır.

Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin çap edilməmiş əsərlərindən bəhs edərkən aşağıdakıları göstərmişdir:
1) "İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" – "Rəşf ən–nəsaih əl–imaniyyə və kəşf əl–fədaih əl–yunaniyyə"
2) "Doğru yolu bildirmək və möminlərin əqidəsi" – "İlam əl–hüda və əqidət ərbab ət–tüqa"
3) "Quranın təfsirinə dair bəyanın pis əməli" – "Nüğbət əl–bəyan fi təfsir əl–Quran"
4) "Fəqirliyə dair traktat" – "Risalə fi-l-fəqr"
5) "Ariflərin məqamları" – "Məqam əl–arifin"
6) "Sufi libası geyməyə dair traktat" – "Risalə fi lübs əl–xirqə"
7) "Sührəvərdi vəsiyyətləri" – "Əl–Vasaya əs–sührəvərdiyyə"
8) "Müridlərin irşadı və taliblərin nicatı" – "İrşad əl–müridin va nicad ət–talibin"
9) "Təsəvvüfə dair traktat" – "Risalə fi-t-təsəvvüf"
10) "Ruhun zikrində fütuhun vaqiəsi" – "Sünuh əl-fütuh bi–zikr ər–ruh"
11) "Kəlamda imkan qayəsi" – "Ğayət əl–imkan fi-l-kəlam"
12) "Fiqhin neməti" – "Nemət əl–fiqh"
13) "Seyr və uçma" – "əs-Seyr va-t-teyr"
14) "Yollara dair" – "Fi–s–süluk"
15) "Fütüvvə kitabı" – "Fütüvvətnamə"


Tarix: 09.02.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Ümumi