beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabran (qədim şəhər) - Memarlıq

Memarlıq
1979-1989-cu illərdə şəhərin ərazisində beş yerdən aparılan arxeoloji qazıntılar nəticəsində 4500 km2 çox sahə aşkar edilmişdir. Material mədəniyyət qalıqlarının yaylanma qalınliğı 5 m-ə qədərdir. X əsrə aid olan qala aşkarlanıb. Alimlər tərəfindən sübut edilib ki, bu qala müdafiə məqsədi ilə tikilib. Qalanın divarları yarımdairəvi qüllələrlə bərkidilib. Tikinti zamanı əhəngdaşı, çay daşı və yandırılmış kərpicdən istifadə olunub. Qala XIII əsrin yarısına qədər mövcud olub. XIV əsrdə monqollar tərəfindən dağıdılmış qalanın qərb hissəsində kiçik qəsr tikilir. O, dördbucaq şəklində idi və Mərdəkan qalalarını xatırladırdı. Memarlar tikinti zamanı qarışıq hörmədən istifadə edirdilər. Qazıntılar şəhərin məhəlləli planlaşdırılmasından xəbər verir. Evlər yandırılmış kərpicdən çay daşından olan bünövrənin üzərində tikilirdilər. Şəhərdə su kəməri xətti mövcud idi.

Sənət
Şabranın iqtisadiyyatı keramikanın istehsalında qurulmuş idi. Arxeoloji qazıntılar nəticəsində 10 əşyadan ibarət saxsı dəst tapılıb. Dağıntılar altında dulusçuluq emalatxanası aşkarlanıb. Şabranın saxsı əşyaları öz formasına və ornamentinin zənginliyinə görə fərqlənirlər. Metal emalında da uğurlar əldə edilmişdir. Buna görə də, şəhərdə tökmə işi, mis işi, zərgərlik, silahqayırma və s. inkşaf etmişdir. Möhürlü qızıl və gümüş üzüklər tapılıb. Şəhərdə həmçinin şüşə istehsal olunurdu. Yerli ustalar şüşənin müxtəlif növlərindən istifadə edirdilər. Məhsulun bir hissəsi xarici ölkələrə ixrac olunurdu. Şabran ustalarının hazırladığı ipək, yun məhsullarına, müxtəlif növ xalçalara da dünya bazarlarında tələbat böyük idi.

Ticarət
Şəhər Suriya, Misir, Çin, Maldiv adaları və s. ölkələr ilə ticarət əlaqələri saxlayaraq, keramika, farfor, fayans məhsulları ixrac edirdi. Aşkar edilmiş mis sikkələr daxili ticarətin də mövcudluğundan xəbər verirlər. Sikkə zərbində istifadə olunan ştempelə oxşayan əşya da tapılmışdır .


Tarix: 28.01.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi