beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kür döyüşü (1412) - Sultan Əhməd-Qara Yusif qarşıdurması

1408-ci ildə Əmir Teymurun oğlu Miranşahı məğlub edib öldürdükdən[1]sonra Azərbaycanda real hakimiyyət Qaraqoyunlu Qara Yusifin əlinə keçmişdi. Bu, Azərbaycanda real hakimiyyət sahibi olan Cəlairi Sultan Əhmədlə Qara Yusifın münasibətlərinin pozulmasına səbəb oldu. Sultan Əhməd Ağqoyunlu tayfası ilə müharibə aparan Qara Yusifin olmamasından istifadə edərək, Təbrizdəki hərbi dəstəni şəhərdən qovmaq məqsədilə ona basqın etdi. Bunun üçün o, əvvəlcədən oğlu Kəyumərsin (Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əlyazma əsərinin XI cildində (Sankt-Peterburq Kütləvi Kitabxanası, Dorn kataloqu, M9278, v.l8a) Şirvanşahın bu oğlunun adı Gövhərşahdır [2]) başçılığı altında Təbrizə qoşun göndərən Şirvanşah I İbrahimdən yardım istəmişdi. Şeyx İbrahim Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz sultan Əhmədin tərəfini saxlamağı üstün tutdu.

Bu zaman Qara Yusif Ərzincanda idi, Təbrizdə baş verən hadisələrdən xəbər tutan Qara Yusif Təbrizin iki fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu il avqustun 30-da Sultan Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış Sultan Əhməd Təbriz sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi. Baba əd-Din isə onu tutub Qara Yusifə verdi. Sultan Əhməd əmirin əmri ilə öldürüldü. Cəlairilər dövləti süqut etdi, onun yerində baharlı tayfasından olan hökmdar Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti yarandı.


Tarix: 22.01.2015 / 18:50 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Ümumi