beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sözümüz mən depressiyadayam deyənlərədir
Sözümüz mən depressiyadayam deyənlərədir

Depressiyaya necə qalib gələk?
"Depressiyadan azad olun!" başlığı altında yüzlərlə məqalə və araşdırmalar var. İnsanlar müxtəlifdir: qaydalara əməl edib sona kimi gedən və yarı yolda bezib, öz depressiyasına davam edən adamlar.

Araşdırmalar göstərir ki, depressiyadan azad olmağın ən yaxşı üsulu kiminsə depressiyadan azad olmasına yardımçı olmaqdır.

Əlbəttə, biz həkimin "ağır depressiya" diaqnozundan danışmırıq. Sözümüz "mən depressiyadayam" deyən adamlaradır.

1. Başqasına depressiyadan azad olmağa yardımçı olmaq özünü bu vəziyyətdən xilas etməkdən daha asandır. Əvvəla, ona görə ki, siz depressiyadan azad olmağa cəhd etsəniz belə, nəticələrə ümidsiz yanaşırsınız. Kiməsə kömək etmək istəyəndə isə hər gün beyniniz yeni üsul, əyləncə axtarışında olur. Nəticədə siz qarşı tərəfin uğurlarına sevinib, nəticələri görə bilirsiniz.

2. Başqasına kömək etdikdə bir güllə ilə 2 quş vurmuş olursunuz. Həm xilas etdiyiniz şəxsdən təşəkkür eşidirsiniz, həm də özgüvəniniz artır. Bu hissləri yaşamaq artıq depressiyadan bir addım uzaqlaşmaq deməkdir. İnsanlar adətən kömək etdikləri insanı ona kömək edən insandan daha artıq istəyirlər. Çünki kömək etdikləri insanda daima nəticəni görə bilirlər.

3. Siz kiməsə yardım edirsinizsə, mütləq sizə də yardım edən tapılacaq. "Dünya ədalətsizdir!" kimi mənasız fikirləri fikrinizdən atın.

4. Aşağıdakı vasitələrə diqqət edin.
Dərmanları unudun.
İnsanları dərman yox, sevgi sağaldır. Əlbəttə, başqa vasitələr də var. Ancaq sevgi və qayğı qədər insana xoş emosiya yaşadan, onu ümidləndirən ikinci hiss yoxdur.

Qida.
Depressiyada olan adamın mütəmadi banan və şokolad yeməsinə diqqət edin. Banan serotonin, şokolad isə feniletilaminlə zəngindir. Ancaq unutmayın, hədiyyə edilən şokoladla şəxsin özünün mağazadan aldığı şokolad arasında böyük fərq var. Çünki hədiyyə kimi qəbul edilən şokolad insana sevinc bəxş edir.

Günəş, təmiz hava və fiziki aktivlik.
Gün ərzində günəş vannası qəbul edə, təmiz havada gəzə və idman zalında fiziki hərəkətlə məşğul ola bilərsiniz. Bu üsullar probleminizi azaltmayacaq. Ancaq ayda minimum bir dəfə fəsildən asılı olaraq voleybol, tennis, qartopu oynamaq sizə daha çox müsbət emosiya yaşadacaq.

Sitrus qoxusu.
Depressiyada olan adama tez-tez sitrus meyvələri qoxulamasını yada salın. Gül ətri də ola bilər. Ancaq bu vasitə qadınlar üçün keçərlidir.

Rənglər.
Sarı və narıncı rənglər əhvalı müsbətə kökləyən rənglərdir.
Yuxarıda sadalananlar daha çox istifadə edilən və sınanmış üsullardır. Əgər ağlınıza başqa maraqlı üsullar gəlirsə, onları da yoxlayın. Depressiyadan xilas olmaq üçün ağıla gələn bütün vasitələrə "hə" deyin!


Tarix: 27.04.2015 / 11:39 Müəllif: Aziza Baxılıb: 368 Bölmə: Ümumi Psixologiya