beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üstün olmaq

Charles Schwabın istədiyi qədər səmərə ala bilmədiyi bir fabriki var idi. Bir gün usta ilə danışırdı:

— Sənin kimi bacarıqlı biri necə olur ki, fabrikdən istədiyi qədər səmərə ala bilmir.

— Bilmirəm. Bütün işçiləri çox çalışdırdım. Bir çoxunu işdən atmaqla təhdid etdim. Amma müvəffəqiyyətli ola bilmədim. Schwab yaxınında dayanan bir işçini soruşdu :

— Bu gün neçə qazan polad əritdilər ?

— Altı.

Schwab bir təbaşir parçası götürərək yerə böyük bir 6 yazdı. Çıxıb getdi. Gecə işçiləri gəldikləri zaman bu altı rəqəminin nə olduğunu soruşdular.

Gündüz işçiləri də:

-Müdir bu gün burada bizə neçə qazan polad əritdiyimiz soruşdu,” altı”- cavabını verdik, bura altı yazdı və getdi. Sabahısı gün Schwap fabriki yenə gəzdi. Altı rəqəmi silinmiş və yerinə yeddi yazılmışdı. Gündüz işçiləri gəldikləri zaman yeddini gördülər. Demək gecə çalışanlar özlərindən daha yaxşı iş gördüklərini zənn edirdilər? Özlərini gecə işçilərindən üstün göstərmək üçün, böyük bir səylə çalışdılar və yerə 10 yazdılar. Çox keçmədən fabrikin səmərəsi o ətrafdakı bütün fabrikləri keçdi.

Necəmi? Schawb bunu belə açıqlayır:

"İş gördürmək üçün rəqabət hissini oyatmaq lazımdır. Məqsəd hər kəsi mübarizə etməyə sövq etmək deyil. Onları bir-birinə üstün gəlməyə təşviq etməkdir. Üstün gəlmə hissi insanların ruhunu coşdurur. Həyatda müvəffəqiyyətli olan hər insanın ən sevdiyi şey bacaracağıq işdir. Çünki bu müvəffəqiyyətdə özünü ifadə edir və bu sayədə dəyərinin üstünlüyünü göstərir. Buna görə də bir oturuşda bir kilo dondurma yemək, əlli stəkan su içmək kimi mənasız yarışmalar buradan irəli gəlir. Üstün olmaq dəyərini göstərmək insanların ən əhəmiyyətli istəyidir. O halda insanları öz xüsusiyyətlərini ortaya çıxarmaları üçün cəsarətləndirin.”


Tarix: 05.12.2014 / 16:20 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Ümumi Psixologiya