beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

100 gün ərzində həyatınızı dəyişdirəcək 60 addım

İlk əvvəl onu qeyd edim ki, özünü dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.
EV

1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün «evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim» yaradın.
1-ci gün: Jurnalları yığışdırırıq.
2-ci gün: DVD-ləri yığışdırırıq.
3-cü gün: Kitabları yığışdırırıq.

2. Mantra üzrə yaşayın: «Hər şeyin öz yeri var və hər şeyi yerinə qoymaq lazımdır». On gün ərzində növbəti 4 qaydaya əməl etməyə çalışın:
a. Əgər bir şey götürmüsüzsə — onu sonra yerinə qoyun.
b. Əgər bir şeyi açmısızsa - onu bağlayın.
c. Əgər nəyisə əlinizidən salmısızsa (və ya düşürmüsüzsə) — onu (yerdən) qaldırın.
d. Əgər nəyisə əyninizdən çıxartmısızsa — onu yerinə asın.

3. Evin içində gəzişin, təmir olunması və ya bir balaca düzəldilməsi gərəkən 100 şey tapın. Misal üçün, lampanı dəyişmək, oboylar üzərində olan deşikləri yapışdırmaq, yeni rozetkanı burub bağlamaq və s.


XOŞBƏXTLİK

4. Tamamilə müxtəlif nəzərləri (və ya görüşləri) olan bütün dünya psixoloqlarının təsdiqlədiyi məsləhətə riayət edin: Həyatınızda hər gün minnətdar olduğunuz 5-10 şeyin adını vərəq üzərində yazın.

5. Məşğul olmağı xoşladığınız 20, elə də böyük olmayan işin cədvəlini tutun və 100 gün ərzinə bu işlərdən heç olmasa birisini gördüyünüz barədə əmin olun. Misal üçün, parkda kiçik skamya üzərində oturaraq kitab oxumaq, axşam çağı parkda sizə əziz olan birisi ilə gəzmək, akvarellə 1 saat rəsm çəkmək və s.

6. Psixoloji cəfəngiyyatınızı (və ya boşboğazlığınızı) gündəlikdə qeyd edin — yəni, gün ərzində yaranmış olan düşüncə və hisslərinizi yazın. Misal üçün, gün ərzində hansı səbəbə görə özünüzü mühakimə etmisiniz, ətraf mühitə qarşı nə qədər tənqidçisiniz, gün ərzində neçə dəfə ağlınıza pozitiv düşüncələr gəlib və s.

7. 100 gün ərzində, heç olmasa, gündə bir dəfə ürəkdən gülməyə çalışın.

TƏHSİL VƏ ÖZÜNÜ İNKİŞAF ETDİRMƏ

8. İndiyə qədər oxumaq istədiyiniz, lakin hələ də qərarlaşa bilmədiyiniz ən çətin kitabı seçin. 100 gün ərzində onu başdan-başa (əvvəlindən axırına kimi) oxuyun.

9. Hər gün nəsə yeni bir şey öyrənməyə (və ya tanımağa) çalışın. Misal üçün, çiçək adını, uzaq ölkənin paytaxtını, xoşunuza gələn heyvan növünün adını və s. Axşam isə ötüb keçmiş gün ərzində öyrəndiyiniz hər bir yeniliyi beyninizdə dolandırın, lüğət götürün (və ya tapıb, əldə edin) və yeni bir söz əzbərləyin.

10. 100 gün ərzində şikayət etməyi tərk edin. Neqativ düşüncələr neqativ nəticələrə (və ya sonluğa) gətirib çıxarır. Hər gün şikayət etmək istədiyiniz zaman özünüzü saxlayın (və ya durdurun).

11. Zəngli saatınızı 100 gün ərzində hər sonrakı gün 1 dəqiqə əvvələ qurun. Zəngli saat zəng çaldıqdan sonra oyanmağa çalışın, pəncərələri açın, yüngül gimnastika ilə məşğul olun. 100 gündən sonra xüsusi zor (və ya səy) göstərmədən siz 1.5 saat daha tez yuxudan ayılacaqsız.

12. 100 gün ərzində «Səhər səhifələri» tərtib edin — səhər vaxtı sadə düşüncə axını, hansı ki, bunları xüsusi bir dəftərdə qeyd edəcəksiz. Bu sizin yuxudan ayıldıqdan sonra görəcəyiniz ilk iş olacaq.

13. 100 gün ərzində kim olmaq və nəyə nail olmaq istədiyiniz barədə diqqətinizi düşüncələrinizə obrazlar və sözlər vasitəsilə yönləndirməyə çalışın.

MALİYYƏ

14. Büdcə tərtib edin. 100 gün ərzində xərcləyəcəyiniz hər qəpiyi yazın.

15. İnternetdə maliyyə ilə bağlı dəyərli (və ya faydalı) məsləhətlər axtarın və onlardan 10-nu seçin. 100 gün ərzində onlara riayət etməyə çalışın. Misal üçün, məhdud sayda nağd pulla və ya kredit kartı olmadan (üstündə götürmədən) dükana getmək, yanacağa qənaət etmək və s. üçün bir gedişə bir neçə iş görmək.

16. Dükanlarda yalnız kağız pullarla ödəniş edin və alış-verişdən sonra yerdə qalın pulun artığını daxıla atın. 100 gündən sonra yığa biləcəyiniz miqdarı hesablayın.

17. 100 gün ərzində sizə lazım olmayan (və ya ehtiyac duymadığınız) heç bir şeyi almayın (kifayət qədər böyük alışlar nəzərdə tutulur). Bu pulu kreditinin ödənişinə sərf edin (əgər varınızdırsa) və ya saxlamağa çalışın.

18. 100 gün ərzində, gün boyu, əlavə gəlir mənbəyinin axtarılması və ya yaradılması üçün heç olmasa 1 saat (vaxtınızı) sərf edin.

ZAMANIN İDARƏ OLUNMASI

19. 100 gün ərzində üzərinizdə qeyd kitabçası gəzdirin. Ağlınıza gələn bütün fikir və ideyaları yazın, iş siyahınızı tərtib edin, zənglərdən sonra dərhal yeni görüşlər barədə qeydiyyat aparın.

20. 5 gün ərzində zamanınızı necə istifadə etdiyinizə diqqət edin. Şəxsi «vaxt büdcə»si üçün topladığınız məlumatdan istifadə edin: hər gün məşğul olduğunuz işlərə sərf olunan zamanın nisbəti. Misal üçün, evi qaydaya salma, işə getmək üçün sərf edilən vaxt, istirahət və s. Sonrakı 95 gün ərzində büdcənizə nəyi yatırdığınıza diqqət edin.

21. Özünüz üçün 100 gün ərzində məşğul olmayacağınız aşağı prioritetli iş seçin və onu həqiqətən daha zəruri olan birisi ilə əvəz edin.

22. Zamanınızın «sızmasının» 5 yolunu təyin edin, Gün ərzində 1.5 saatdan artıq televizora baxmamaq, sosial şəbəkələrdə 1.5 saatdan artıq vaxt sərf etməmək və s.

23. 100 gün ərzində çoxməsələliyinizi ləğv edin və yalnız gün ərzində bir zəruri işi icra edin.

24. 100 gün ərzində bu günkü (yeni) gününüzü dünənki gündən planlaşdırın.

25. 100 gün ərzində ilk olaraq vəzifə siyahınızda olan ən zəruri işləri, daha sonra yerdə qalanlarını icra edin.

26. 14 həftə müddətində hər həftənin icmalını gözdən keçirin. Həftəlik sorğu zamanı bu cür suallara cavab verin:

— Nəyə nail olmusuz?
— Nə məcrasında olmayıb (getməyib)?
— Nəyi düz etmisiz?

27. 100 gün ərzində, hər səhər iş stolunuzda nizamla (və ya səliqə-səhmanla) qarşılaşasız deyə, hər günün sonunda iş stolunuzu qaydaya salın, dəftərxana vəsaitlərini və kağızları yerbəyer edin.

28. 100 gün ərzində üzərinizə götürdüyünüz məsuliyyət (və ya səlahiyyət, öhdəçilik) və verdiyiniz bütün sözlərin siyahısını tutun, daha sonra bunları yerbəyer etməyə çalışın və ən əsası, sizi məqsəddən uzaqlaşdıran, sevinc gətirməyən işləri nə boynunuza götürün, nə də kiməsə söz verin.

29. 100 gün müddətində, gün ərzində, bir işdən başqa bir işə keçid almamışdan qabaq özünüzə sual verin, görəsən resurs və zamanınızın işlədilməsi üçün yaxşıdırmı (dəyərmi) ?

SAĞLAMLIQ

30. Təxminən yarım kq. çəkinin itirilməsi üçün 3500 kalori yandırmaq (və ya sərf etmək) gərəkdir. Əgər siz hər gün kalori qəbulunu 175-ə azaltsanız, o zaman 100 gün müddətində 2.5 kq. itirəcəksiz.

31. 100 gün müddətində, hər gün 5 dəfə tərəvəz yeyin.

32. 100 gün müddətində, hər gün 3 dəfə meyvə yeyin.

33. Sevdiyiniz, fəqət elə də xeyri olmayan yeməyinizi daha faydalı yeməklə əvəz edin.

34. 100 gün müddətində qida qəbulunun miqdarına nəzarət etmək üçün kiçik boşqabdan yeyin.

35. 100 gün müddətində böyük miqdarda şəkər əvəzedicisi yerinə 100 %lik (təbii) şirə için.

36. 100 gün ərzində qazlı su əvəzinə, sadə (adi) su için.

37. 10 yüngül və faydalı səhər yeməyinin siyahısını tərtib edin.

38. Nahar və şam üçün istifadə edilə biləcək 20 yüngül və faydalı yeməyin siyahısını tutun.

39. 10 yüngül və faydalı qəlyanaltı (çərəz) siyahısını tərtib edin.

40. Şəxsi sağlam qida cədvəlini bir həftə qabaqcadan tərtib edin. Sonrakı 14 həftə ərzində beləcə qidalanmağa cəhd edin.

41. 100 gün müddətində şəxsi qida jurnalında qeydiyyat aparın, görün ki, tərtib edilmiş menyudan yayınırsınızmı?

42. 100 gün müddətində, hər gün heç olmasa 20 dəqiqə fiziki məşğələyə vaxt ayırın.

43. 100 gün müddətində yanınızda addımölçən gəzdirin və gün ərzində 10 000 addım gəzməyə çalışın.

44. Çəkinizi nizamlayın və vanna otağınızda qrafik asın. 14 həftənin hər birində çəkinizi ölçün və çəki azalması, belin ölçüsünün dəyişikliyi barədə qeydlər aparın.

45. 100 gün müddətində saat və ya kompüterdə 1 saatdan bir su içmək üçün xatırlatma siqnalını nizamlayın.

46. 100 gün müddətində meditasiya edin, nəfəs alın, vizualizasiya edin (və ya ibadətlə məşğul olun, namaz qılın, dua edin) — bunu təfəkkür, düşüncənizin sakitləşməsi üçün gündəlik ritualınıza çevirin.

MÜNASİBƏT

47. 100 gün müddətində, hər gün partnyorunuzda nəsə pozitiv bir şey axtarın və onu qeyd edin.

48. 100 gün müddətində alboma birgə aparılan işlərinizi qeyd edin, skrapbukinqlə (ailəvi və ya şəxsi fotoalbomun tərtibi və hazırlanması üzrə əl işi incəsənəti) məşğul olun. Təcrübənizin sonunda partnyorunuza əmələ gəlmiş (hazırlanmış) albomu və bu 100 gün ərzində müşahidə etdiyiniz bütün pozitiv işlərin siyahısını təqdim edin.

49. 100 gün ərzində münasibətlərinizin möhkəmlənməsi üçün, hər gün yerinə yetirəcəyiniz 3 hərəkəti seçin. Bunlar «Mən səni sevirəm» sözü və ya hər səhər qucaqlamaq kimi şeylər ola bilər.

SOSİAL HƏYAT

50. 100 gün ərzində yeni bir insanla ünsiyyət qurun. Bu sizin bundan əvvəl ünsiyyət qurmadığınız qonşunuz ola bilər, bundan əvvəl heç vaxt, heç yanda yazmadığınız bloqunuzda yazacağınız şərh ola bilər, sosial şəbəkələrdə yeni tanış və s. də ola bilər.

51. 100 gün müddətində hörmət etdiyiniz, qürur duyduğunuz insanlarla ünsiyyət qurmağı xüsusi olaraq qeyd edin.

52. 100 gün müddətində sizi kimsə incidib və ya kədərləndiribsə, ona cavab verməmişdən əvvəl bir dəqiqə düşünün. (Ümumiyyətlə cavab verməmişdən əvvəl düşünmək lazımdır ki, qaba, əxlaqdan kənar və ya sonradan üzr istəniləcək bir ifadə işlədilməsin)

53. 100 gün müddətində hər iki tərəfi dinləmədən yekun qərar qəbul etməyi belə düşünməyin.

54. 100 gün müddətində hətta kiçik belə olsa, gün ərzində heç olmasa bir xeyir iş görməyə çalışın.

55. 100 gün müddətində layiq olan hər bir kəsi öyün (tərifləyin)

56. 100 gün müddətində aktiv dinləməni məşq edin. Həmsöhbətiniz danışan zaman ona qulaq asın, başınızda verəcəyiniz cavabı təkrar etməyin (və ya hazırlamayın), onu düzgün dinlədiyinizə və s. əmin olmaq üçün, ondan bir daha soruşun.

57. 100 gün müddətində kiminsə dərdinə şərik olmağı məşq edin. Onu mühakimə etməmişdən əvvəl, məsələyə onun baxışı ilə baxmağa çalışın. Hər bir işnən maraqlanan olmağa, həmsöhbətiniz haqqında daha çox şey bilməyə (onun maraqları, inamı və s.) çalışın.

58. 100 gün müddətində öz həyatınızı yaşayın və özünüzü başqaları ilə müqayisə etməyin.

59. 100 gün müddətində sizi əhatə edənlərin hərəkətlərində yaxşı niyyət axtarın (yaxşılıqlarını görün).

60. 100 gün müddətində hamının bacardıqları qədər, daha yaxşı görməyə çalışdıqları barədə özünüzə xatırlatma verin.

PS: Bu tərtibat ingilis dilindən rus dilinə və rus dilindən də Azərbaycan türkcəsinə çevirilib. Bu məqalə «lifehack.org» saytında (ing. Marelisa Fabreqa, rus. İrina Baranskaya) hər iki dildə var. Sadəcə olaraq, mən bu məqaləni tərcümə etməklə yanaşı, bizə faydalı ola biləcək bəzi əlavələr edib, gərəksiz şeyləri çıxmışam.


Tarix: 05.12.2014 / 16:18 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: Ümumi Psixologiya