beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikolay Gikalo

Nikolay Fyodoroviç Gikalo – sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Pariyası I katibi (1929-1930).

Həyatı
Nikolay Gikalo Tiflis hərbi-feldşer məktəbini bitirib (1915). I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918-1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927-1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929-1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930-1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib. 1938-ci il aprelin 25-də SSRİ Ali Məhkəməsinin Matuleviç, Zaryan və Jdandan ibarət Hərbi Kollegiyası onun haqqında ölüm hökmü çıxarıb. Güllələnib. 1955-ci il sentyabrın 2-də SovİKP MK-nın qərarı ilə ölümündən sonra bəraət alıb.

Lenin ordeninə və Qırmızı Bayraq ordeninə layiq görülüb.


Tarix: 18.02.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 237 Bölmə: Ölkələrinə görə tarix