beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Folklend müharibəsi

Folklend müharibəsi — 1982-ci ildə Böyük Britaniya–Argentina arasında baş verən müharibədir. Bu müharibədə nə İngiltərə, nə də Argentina formal səviyyədə bir-birlərinə müharib elan etməmişlər. Müharibə 42 gün davam etmişdir.
Konfliktin səbəbi
Folklend adaları 1690-cu ildə ilk dəfə ingiltərə səyyahları tərəfindən tapılmışdır. İngilislər bu adanı "Folkend adalrı" adlandırırlar. 1694-cü ildə isə fransız səyyahları bu adaları tapırlar və onu San-Malo şəhərinin şərəfinə "Malvin adaları" adlandırırlar. Argentina müstəqillik qazandıqdan sonra (XIX əsr) bu adaları öz adaları hesab edirlər və onu fransızların adlandırdıqları "Malvin adaları" adlandırırlar. Lakin Folklend adaları 1833-cü ildə İngiltərə tərəfindən zəbt edilir. Bu da Argentinanın narazılığına səbəb olur. Narazılıq 1981-ci ildə daha da şiddətlənir. 1981-ci ildə Argentina ordusunun general-leytenantı olan Leopal Qaltiyeri bu məsələni yenidən gündəmə gətirir.

Falkland adaları üzərindəki suverenlik problemi 1964-cü ildə Birləşmiş Millətlər Müstəmləkə Problemləri Komissiyasının gündəminə gəldi. Argentinalılara görə, Malvina olaraq bilinən adalar Argentinanın bir parçası idi. Adaların Cənub Amerikaya coğrafi yaxınlığı var idi. Argentina, İspaniyanın xələfi olduğunu irəli sürürdü. İngiltərə, adalar üzərindəki hökmü Argentinaya geri qaytarmalı, rəhbərliyi müəyyən bir razılığa uyğun olaraq sürdürməli idi. İngiltərə isə adada yaşayan İngilis əsillilərin istəklərinə zidd olduğundan, belə bir tənzimləməyə gedə bilmirdi. İngiltərə 1833-cü ildən bəri adalar üzərində "işğal və rəhbərliyi" davam etdirdiyini və Birləşmiş Millətlər Təşkilatının Andlaşmasının I məqaləsinə görə Folklendlilərə "Özünü idarə etmə" qanununun tətbiq olunmasının lazım olduğunu irəli sürürdü. İngiltərəyə görə Folklend adaları, Argentinanın rəhbərlik və yoxlamasına keçsə, müstəmləkə vəziyyəti sona çatmayacaq, tam tərsinə olaraq başlayacaqdır.

Müharibənin başlanması
Müharibə 2 aprel 1982-ci ildə başlanır. Əvvəlcə Argentina İngiltərə donanmasına zərbələr endirir. Onlarda gəmi raketləri əleyhinə fransada istehsal olunmuş "Ekzoset" raketləri. Lakin Argentina donanmasında onların sayı çox az idi. Onlarda cəmi 5 raket var idi. 15 may gecəsində ingiltərənin xüsusi təyinatlı əsgərləri Argentinanın hərbi bazasına girib, 11 təyyarəni məhv edirlər. 25 mayda Argentina hərbi qüvvələri böyük uğur qazanırlar. Onlar "Ekzoset" raketləri ilə İngiltərə konteyner yük gəmisi "Atlantik Konveyor"a zərbə edirlər.Bu onların sonuncu böyük uğurları olur. 12 iyunda isə müharibənin vəziyyəti İngiltərə hərbi qüvvələrinin xeyrinə dəyişir. Onlar Port-Stenliyə hücum edərək Argentina hərbi qüvvələrinə zərbə endirirlər. 14 iyunda İngiltərə hərbi qüvvələri Port-Stenlini Argentina əsgərlərindən azad edirlər. 20 iyunda isə müharibə başa çatır.

Müharibənin sonu və onun nəticələri
Müharibə 20 iyunda İngiltərə hərbi qüvvələrinin tam qələbəsi ilə başa çatır. Argentina hərbi qüvvələri isə məğlub olur.Onların general-leytenantı Leopal Qaltiyeri istefaya getməyə məcbur olur. Folklend adaları isə həmişəki kimi İngiltərənin tabeliyində qalır. 12 oktyabr 1982-ci ildə İngiltərədə qələbə münasibətilə parad keçirirlər. Məşhur Argentina yazıçısı Xorxe Luis Borxes argentina və ingiltərə əsgərlərini yad edərək, onlara şeir yazır. Xorxe Luis Borxes bu müharibəni "İki keçəlin daraq səbəbdən müharibəsi" adlandırır.

Nüvə silahı
Hələ 1982-ci ildə İngiltərə hərbi gəmilərində nüvə silahının olması barədə söz-söhbət gedirdi. İngiltərə hərbi qüvvələri isə buna etiraz edirdilər. Yalnız 2003-cü ildə Böyük Britaniya hərbi gəmilərdə nüvə silahının (WE.177 bombaları) olmasını təsdiq etdilər.


Tarix: 16.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 229 Bölmə: Ölkələrinə görə tarix