beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eynthem müharibəsi

Eynthem müharibəsi - 17 sentyabr 1862-ci il tarixində Merilend ştatının Şarpsburq şəhəri yaxınlığında baş vermiş müharibə.

Müharibə ABŞ Vətəndaş müharibəsini həll edici döyüşlərindən hesab edilir. Döyüşlər quldarlıq tərəfdarı tərəfindən idarə olunan Merilend ştatının ərazilərində gedirdi. Merilend həmin dövrdə Böyük Britaniyaya tabe idi. Eynthem çayı və Şarpsburq şəhərinin ətrafıda döyüşlərin getdiyi yerlərdən idi. Eynthem müharibəsi ümumən Şimali Amerikada baş vermiş ən qanlı döyüşlərdən hesab edilir. Döyüş zamanı hər iki tərəfdən bir gün ərzində 23 min nəfər həlak olmuşdur. Tərəflərin hərbi güçünün döyüşdən əvvəl eyni olması, səbəbindən hər iki tərəf kimin qalib qəlmə ehtimalının olduğunu müəyyən edə bilmirdi. Döyüşlər zamanıda uzun müddət tərəflərdən biri, digəri üzərində üstünlük qazana bilməmişdir. Müdafiə xəttini yarmağa nail olan Corc Makklelan Konfederasiya ordusunu Merilend istiqamətində təqib etməyə başlamışdır.

Robert Li Şimal ordusua pusqu hazırlanması barədə əmr vermişdir. Əmrə əsasən Şarpsburq şəhərinin şimalında və Eynthem çayının qərbində ABŞ əsgərlərinə qarşı pusqu qurulmalı idi. Konfederasiya əsgərlərinin pusqu planı baş tutdu. Eynthem müharibəsi 1862-ci ilin 17 sentyabrın axşamına kimi davam etmişdir. 1862-ci ilin 18 sentyabr tarixində isə tərəflər arasında atəşkəs imzalanmışdır. Atəşkəsin imzalanma səbəbi tərəflərin ölü və yaralıları döyüş meydanından çıxarmaları olmuşdur. Eynthemdə yaşanmış qanlı döyüş bərabər səviyyədə keçmişdir. Tərəflərdən heç biri döyüş vaxtı digəri üzərində ciddi üstünlük qazana bilməmişdir. Ancaq döyüş sonrası Amerika Konfederativ Ştatlarının vəziyyətinin ağırlaşması döyüşdə Amerika Birləşmiş Ştatlarının qalib gəlməsinə səbəb olmuşdur. Robert Li döyüşün səhərsi günü qoşununu Virciniya istiqamətində qeri çəkmişdir. Amerika Birləşmiş Ştatlarının qalib elan edilməsidə bu hadisədən sonra baş vermişdir. Müharibə meydanında tək qalan Şimal ordusu rəsmən döyüşdə qalib gəldiklərini paytaxta bildirmişdilər.


Tarix: 16.02.2015 / 15:10 Müəllif: Feriska Baxılıb: 169 Bölmə: Ölkələrinə görə tarix