beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrakliy Metaksa

İrakliy Metaksa (1889— 20 sentyabr 1918)- dövlət xadimi, 26 Bakı komissarından biri, bolşevik.

Həyatı

İrakli Metaksa pilotlarla birlikdə
1889-cu ildə Batumidə, Pont yunanları ailəsində anadan olmuşdu. Ailəsi əslən Yunanıstanın qərbində yerləşən Kefaloniya adasının Metaksata kəndindən idi. Gimnaziyada oxuyarkən onda inqilabi düşüncələr formalaşmış, polis təqibindən qurtulmaq üçün bir müddət Odessada yaşamışdı. 1908-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qoşulmuş, Tbilisi, Krım və Uralda inqilabi fəaliyyətdə olmuşdur. 1913-cü ildə Bakıya köçmüşdür. Natiqlik qabiliyyəti yüksək inkişaf etmiş biri idi. Restoran və otel işçiləri həmkarlar birliyinin katibi seçilmişdi. 1917-ci ildə yaranan Bakı kommunasında Stepan Şaumyanın və Prokofiy Caparidzenin şəxsi cangüdəni olmuş, bankların milliləşməsi ilə məşğul olmuşdu. İrakliy Metaksa 1918-ci ildə ingilislər tərəfindən başı kəsilərək edam olunub.


Tarix: 18.02.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 115 Bölmə: Ölkələrinə görə tarix