beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağır xan Çələbiyanlı

Bağır xan Məhəmmədvəli sultan oğlu Çələbiyanlı (?- 1834)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi.

Həyatı
Bağır xan Məhəmmədvəli sultan oğlu Qaradağın Həmnişin kəndində doğulmuşdu. Çələbiyanlı elinin başçısı idi. Sərkərdə kimi Qaradağ xanlarına xidmət etmişdi. Qaradağ xanlığı Qacar hakimiyyətinə tabe olduqdan sonra mərkəzi hökumətə qulluq göstərmişdi.

Tarixçi Əminə Pakrəvan yazır: "1824-1825-ci illərdə Abbas mirzə, Tehranda ona qarşı yönəlmiş müxaliflərin çox gücləndiklərini müşahidə etməkdə idi. Digər tərəfdən, Gülüstan müqaviləsində sınırlar qəti olaraq bəlli edilməmişdi. Göyçəylə Ərdəbil arası tampon (neytral) bölgə kimi nəzərdə tutul¬muşdu. Bu da Abbas mirzəni çox narahat edirdi. Şahzadə sınırların bəlli olmasını istəyirdi. Lakin onun bu davranışı öz-özülüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir bəhanə ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas mirzə bilirdi ki, ona qarşı şəxsi kin bəsləyən Qafqaz hakimi ilə müzakirəyə başlamaq çətin məsələdir. Abbas mirzə Gürcüstana bir heyyət göndərib və Rus seçkinlərindən sınır məsələsini həll etmək üçün sərhədə gəlmələrini istədi. Şahzadənin göndərdiyi heyyət Tiflisdə öncə tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən gözləmək məcburiyətində qaldı. Şahzadə Rusiyanın bu şəkildə davranacağını öncədən təxmin etmişdi. Lakin heyyətə tapşırıq vermişdi ki, görüşməkdə israrlı olsun. Nəhayət Qafqazın hakimi görüşə izn vermişdi.

Abbas mirzə Rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də Bağır xanın başçılığı altında görüş üçün görəvləndirdi. Bağır xan o zaman Azərbaycanda nizam-intizamdan sorumlu olan bir görəv başında idi. Şahzadə ona çox güvənirdi. O da ömrünün sonuna qədər Şahzadənin bu güvənini doğrultdu. Özəlliklə Rus rəsmilərinin can güvənliyinə Abbas mirzə çox önəm verirdi. Çünkü Abbas mir¬zəni sevməyən hər hansı bir xanın təxribatı iki ölkə arasındakı savaşı tezləşdirə bilərdi. Şahzadə onların can güvənlikləri ilə bağlı çox ən¬dişəli idi. Bu səbəbdən özü də müzakirələrin gedəcəyi yerə yaxın olmaq istəyirdi. Şübhə oyandırmasın deyə Qaradağa ova çıxmağı bəhanə edib və müzakirələrin getdiyi Xudafərinə yaxınlaşdı. Müzakirələrdən sonra Rus heyyətinə öz hörmətini bildirmək amacı ilə Şahzadə onları şikara dəvət etdi. Abbas mirzə Qarabağın hakimi General Mədədovu da şikara dəvət etmişdi. Özəl həyatında çox qənaətcil olan Şahzadə yabancı müsafirlərinə çox əliaçıq davra¬nırdı. Abbas mirzə bütün Rus heyyəti üzvlərinə hədiyələr bağışladı".

Qafqaz canişini, general-feldtseyxmeyster Mixail yazır: "1826-1828-ci illərdə Iranla savaş dönəmində bizim ordu Azərbaycanda yerləşərkən, Qaradağ xanlığının hakimi Məhəmmədqulu xan Qaradağlı bizim hökumətə xüsusi sədaqət göstərdi və bizim orduya yardım edib Bağır xan Çələbiyanlını silahla cəzalandırdı. Buna görə də Məhəmmədqulu xan Iran şahın vəliəhdi Abbas mirzənin qəzəbinə düçar oldu və başçılıq etdiyi xanlığı, ordakı mülkünü qoyub Rusiyada nicat axtardı".

Bağır xan Çələbiyanlı II rus-İran savaşında iştirak etmişdi. Qasım bəy Sarıcalı-Cavanşir (Zakir) ona qarşı vuruşmuşdu. О, 1828-ci il 24 aprеl tarixli, müsəlman əyalətlərinin hərbi rəisi gеnеral-mayоr Abxazоvun adına yazdığı diləkçədə dеyirdi: "1827-ci ildə Bağır xan Çələbiyanlı öz qoşunları Qarabağa daxil oldu və Muğan ətrafı mahalları qarət edərkən, mən ştabs-kapitan Mraxovla birlikdə öhdəmdə olan süvarilərlə İrana tərəf hərəkət etdim, Bağır xan Çələbiyanlıya qarşı vuruşarkən güllə ilə bir qolumdan yaralandım. Bütün zəhmət və xidmətlərim üçün o zaman bədbəxtlikdən heç bir mükafat almadım. Ailəmi təmin məqsədi ilə ümüd edirəm ki, sizalihəzrətlərdən artıq dərəcədə xahiş edirəm, məni mükafata təqdim edər və maddi cəhətdən köməklik göstərərsiniz ki, ailəmi və yaxın əqrabamı dolandıra bilim". (Gürcüstan MDTA, fond 2, iş 2197).

Bağır xan 1834-cü ildə Herat savaşında öldürüldü. Pak Xorasan torpağında, Məşhədi-müqəddəsdə dəfn edildi.

Ailəsi
Bağır xanın Məhəmməd xan, Əhməd xan, Mahmud xan adlı oğulları vardı.


Tarix: 18.02.2015 / 16:55 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Ölkələrinə görə tarix