beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boliviya İstiqlal müharibəsi

Boliviya İstiqlal müharibəsi Bu müharibə Boliviyanın yerli(hindu) və boliviyalılarla ispan koloniya rejiminə qarşı baş verir.Müharibə 1809-1825 ci illəri əhatə edir.Boliviyanın müstəqiliyi ilə nəticələnir(isp. Republica de Bolivia).Bu müharibə Amerikada İspan ağalığına qarşı istiqlal müharibələrini bir parcasıdır.Səbəbi
Müharibəyə səbəb Latın Amerikasının yerli əhalisinin İspaniyadan azad olma və quldarlığın ləğvi məsələsi idi.Üstəlik burjuaziya ispan krallığına əlavə vergi ödəmək istəmirdi.Bu ərəfədə Bolivar Latın Amerikasında uğurlu müharibələr apararaq yerli üsyançılara yardım edirdi.

Müharibənin gedişi
1809-cu illin 25 mayda Curkisako şəhərində üsyan baş verir.Şəhərdə hakimiyyət inqilabi xuntanın əlinə keçir və İspaniyadan ayrılaraq müstəqil olduqlarını bildirirlər.16 iyulda isə La Pasda üsyançılar hakimiyyəti ələ keçirilir və hərbi xunta yaradılır.Ona Murilo rəhbərlik edirdi.Həmçinin Kosabambe,Potosi,Oruro və Yuxarı Perunun bir necə başqa şəhərlərində də baş verir.Rio de La Plata krallığının əksinqilabçıları baş verən hadisələrə çevik hərəkət edərək üsyanları yatırmağa başlayırlar.Əvvəl La Pas sonra isə Cukisako şəhərləri ələ keçirilir.Bu hadisələr üsyançıların iradəsi qırılmır.Hərbi təşkilat olan <> yaradılır.Bu hərəkat yerli hindu qəbilələrindən təşkil edilmişdi.Bu hərəkat 15 il mücadilə aparmalı olur.Hərəkat əsasən partizan müharibəsi aparırdı.1824-ci il Antonio Xose Fransisko de Sukrenin ordusu Yuxarı Peruya daxil olur.9 dekabrda Ayakucoda ispanlar üzərində mühüm qələbə əldə edilir.O Simon Bolivarın silahdaşı olur.1825-ci ildə ölkə ispanlardan tamamən təmizlənir.6 avqust 1826-ci ildə Cukisaka səhərində kongres çağrılır.Yeni müstəqil dövlətin yaranması haqqında qərar qəbul edilir.

Nəticəsi
Nıticədə Yuxarı Peruda müstəqil dövlət yaradılır.Cənubi Amerikada böyük bir ərazi İspaniyanın əlindən cıxır.Yeni dövlətin başçısı Simon Bolivar olur.Onun şərəfinə dövlət Boliviya adlandırılır.


Tarix: 17.02.2015 / 17:10 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: Ölkələrinə görə tarix