beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rusiya-Osmanlı müharibəsi (1828-1829)

Rusiya-Osmanlı müharibəsi— 1828-1829-cu illərdə Rusiya və Osmanlı dövləti arasında baş verən savaş.
Müharibənin səbəbləri
1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha sonra Istanbul üçün təhlükə yaratmaq idi. İlk hücum Rus qoşunları tərəfindən Qars üzərinə oldu. Iyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ keçirdilər.Avqustda Ahalsıx, Ahalkələk tutuldu.

1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-də Ədirnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədirnə sülhünə görə Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.


Tarix: 18.02.2015 / 18:01 Müəllif: Feriska Baxılıb: 216 Bölmə: Ölkələrinə görə tarix