
Qaçqınlıq....

Bu necə ömürdü, bu necə gündü,
Köhləndən aralı, yəhərdən qaçaq.
Meh başa həsrətdi, şeh də ayağa,
Düşmüşük axşamdan, səhərdən qaçaq.
Hanı o gülyanaq, o gül dostlarım,
Mənim can dostlarım, könül dostlarım.
Yanağı kül olmuş, a kül dostlarım,
Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.
Hərəmiz bir səmtə, bir yerə qaçdıq,
Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.
Kənddən baş götürüb şəhərə qaçdıq,
Qorxuram indi də şəhərdən qaçaq.
Tarix: 01.06.2015 / 11:35 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Zəlimxan Yaqub
loading...