Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axı demişdim sənə
Axı demişdim sənə

Məsələn,
Dahiyanə yazmaq arzusuyla
sadələrdən başlamaq hər şeyə…
bütün xəzinələr
xarabalardadı,
axı…
Elə
ilk sətirlərə
sənin itirdiyin xəzinədən, başlamaq…
Bir az Nazimi dinləmək,
Bir az da,
“Şimdi sen de her kes gibisin” –
Deyib,
Çaydan bir qurtum almaq…
Sadə şeylər düşünmək…
Çox sadə…
Məsələn,
Qəndsiz çay kimi
Misraları acı içmək…
Bir az şəkillərə baxmaq…
Maskalarını saymaq…
İçindəki məxluqu
üzə çıxartmaq.
Axı nə qədər gülmək olar yalandan?..
Özünü yoxluğa vermək,
Sətirlərdə ərimək
kimi bir hisslə
Düşünmək…
axı demişdim sənə…
sözlər itmir…
hardasa bax elə orda
başımızın üstündəki
o göylərdə
sözlər buludu var…
sözlər yağış kimi
yağır evlərin damına
şairlərin qələminə…
axı demişdim sənə…
demişdim axı, şairlər bədbəxt olur…
demişdim axı tanrının
yer üzündəki zərrələridir, onlar…
bir gün o zərrələr birləşəcək…
tanrı gələcək….
…sus,
Bax elə indi…
Tanrı nəsə deyir mənə…


Tarix: 04.06.2015 / 17:55 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Yeganə Cansail
loading...