YEMƏK BİŞİRMƏK
Yuxuda ocaqda yemək bişirmək-həsrətinizə qovuşacaqsınız. Bişmiş yeməyin üstünə su əlavə edərək ət bişirmək-bütün istəkləriniz yerinə yetəcək, xalq arasında şöhrət qazanacaqsınız. Qoyun ətindən xörək hazırlamaq-halal ruziyə, xoş, firəvan güzərana, gözəl yaşayışa işarədir. Sığır ətindən yemək bişirmək də eynilə yozulur. Yırtıcı heyvanların ətini bişirmək-zalım bir bölgəyəvali olmağı; köpək əti bişirmək-alçaq bir məmuriyyəti; köpək əti yağda bişirilərsə-haram malı; ət yağsız isə-yoxsulluğu, sıxıntını, qanuni olmayan qazancı; quş əti bişirmək-halal qazancı ifadə edir.
Tarix: 23.11.2014 / 17:28 Müəllif: Ebulfez Baxılıb: 33 Bölmə: Y hərfi
loading...