Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmək günahmış
Sevmək günahmış

Sən ata olmadın, mən də ki ana,
Bəxtim ürəyimdə həsrət bitirdi.
Qəlbim sevmək üçün yanar, odlanar,
Mənim də taleyim belə gətirdi.

Dərdimi boş qalan qollarıma sor,
Payızda bahara rastlamaq çətin.
Nə mənə ümid ver, nə özünü yor,
Əgər sonu yoxsa bu məhəbbətin.

Nə bilim, bəlkə də sevmək günahmış,
Bağışla, mən də bir günah etmişəm.
Bəlkə sevgi özü elə allahmış,
Mən də o allaha tərəf getmişəm.


Tarix: 01.06.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 354 Bölmə: Xuraman Hüseynzadə
loading...