Sual: Azərbaycanda köçəri quşların ən çox məskunlaşdığı ərazi hansıdır?
Cavab: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin ərazidə yerləşən Qızılağac Dövlət Təbiət Qoruğu 03 iyul 1929-cu il tarixində Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Ərazisi 88.360 ha-dır. Qoruqla yanaşı 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur.
Sual: Xəzər suitisi hansı xüsusiyyətinə görə digər suitilərdən fərqlənir?
Cavab: Xəzər suitisi (Phoca caspica) pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi В«GinnesВ»in rekordlar kitabına daxil edilmişdir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Adı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının В«Qırmızı SiyahıВ»sına daxil edilmiş, Azərbaycan Respublikasının В«Qırmızı KitabВ»ının növbəti ikinci nəşrinə daxil edilmək üçün təklif edilmişdir.
Sual: Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi hansıdır?
Cavab: Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi Şahdağ Milli Parkıdır. Milli park Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 08 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində 115895 hektar ərazidə yaradılmışdır. Şahdağ Milli Parkının ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.
Sual: Azərbaycanda yayılmış nadir fauna növü olan ceyran (Gazella subgutturoza) hansı xüsusi mühafizə olunan təbiət ərazilərində qorunur?
Cavab: Nadir və əsrarəngiz fauna növü olan ceyranın (Gazella subgutturoza) XIX əsrin ortalarında səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Daha çox Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı azalmışdır. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur.
Sual: Milli parkların dövlət təbiət qoruqlarından fərqi nədən ibarətdir?
Cavab: Milli Parklar – xüsusi ekoloci, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Yaranma tarixi çox gənc olan və qısa müddət ərzində sayı 7-yə çatdırılan milli parkların təşkilində əsas məqsəd ətraf mühitin, ekoloci tarazlığın, təbiət abidələrinin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloci maarifləndirmənin gücləndirilməsi, regionun zəngin təbiətinin qorunması və tərənnümündən ibarətdir.
Dövlət Təbiət Qoruqları isə – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət Qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.
Sual: Yarasaların təbiətdə və insan həyatında əhəmiyyəti nədən ibarətdir?
Cavab: Zərərli onurğasızların sayının azaldılmasında yarasaların rolu böyüklür. Onlar cücülərlə qidalanmaqla saysız-hesabsız bittkiyeyən və qansoran növləri məhv edir. Bu heyvanların nadir akustik qabiliyyətindən istifadə edərək müxtəlif cihazlar (lokatorlar, radarlar və s) ixtira olunur.
Sual: Erməni işğalı altında olan xüsusi mühafizə olunan təbiət əraziləri hansılardır?
Cavab: Erməni təcavüzü nəticəsində respublikamızın işgal olunmuş ərazilərində Bəsitçay və Qara-göl dövlət təbiət qoruqları, Daşaltı, Laçın, Qubadlı, Arazboyu dövlət təbiət yasaqlıqları və bir sıra qiymətli və nadir təbiət abidələrinin nəzarətsiz qalmışdır. İşgal olmuş qorunan təbiət ərazilərinin sahəsi 44,3 min hektar olmaqla ərazidə yüzlərlə əsrlik yaşı olan ağaclar, qiymətli meşə sahələri, tarixi və geoloci obyektlər vardır ki, bunlar da erməni talançıları tərəfindən vəhşicəsinə dağıdılır.
Sual: Eldar şamının vətəni hansı ölkədir?
Cavab: Eldar şamı (Pinus eldarica) endem ağac növü olub, dünyada təbii halda yalnız Azərbaycanda – Qabırrı çayının sağ sahilində, Elləroyuğu dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi ilə Qafqazda ilk qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar ərazidə botaniki yasaqlq elan edildi və qorunmağa başlandı.
Sual: Yosunların təbiətdə rolu nədir?
Cavab: Suda oksigen əmələ gətirən yeganə orqanizmlər yosunlardır. Bu canlılar fotosintez prosesi zamanı suya sərbəst oksigen buraxırlar ki, bunun da suda yaşayan heyvanların tənəffüsündə əhəmiyyəti vardır. Yosunlar ətraf mühitə çox həssas olduqlarına görə suyun və torpağın keyfiyyətinin bioloci analizində mühüm rol oynayırlar, onların bir çoxu indiqator orqanizmləridir. Yosunlar su hövzələrinin öz-özünə təmizlənməsində, onların sanitar-gigiyenik vəziyyətinin yaxşılaşmasında iştirak edirlər. Bu orqanizmlərdən istifadə etməklə, bioloci gölməçələrdə tullantı suların tam təmizlənməsini həyata keçirirlər.
Sual: Saqqız ağacı haqqında bilirsinizmi?
Cavab: Saqqız ağacı püstə cinsinin Azərbaycanda yabanı halda yayılmış növü olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Oduncağından əldə olunan qətran yüksək texniki keyfiyyətlərə malikdir, aviasiya, elektronika və kimya sənayesində tstifadə olunur.
Sual: Azərbaycanın relikt və endem bitki növlərinin mühafizə olunduğu Milli park hansıdır?
Cavab: Azərbaycanın relikt və endem bitki növləri əsasən Hirkan Milli Parkında qorunur. Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 09 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir.
Ərazidə çox nadir növ olan dəmirağac (Parrotia persica) bitir. Bu növ Lənkəran Astara, və Masallı rayonlarında qaya yarğanlarında, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yayılmışdır.
Tarix: 23.01.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1390 Bölmə: Tebiet