Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geriyə Baxmaq Istədim..

Bu gün geriyə baxmaq istədim.
Bağladığım bir kitabı yenidən vərəqləmək
istədim...
Səni xatırlamaq istədim.
Hüzün dolu göz yaşlarım axsın
istədim,səssiz,səmirsiz,səbəbs​iz...
Geriyə dönmək əlimdə olsaydı təqvimlərin
vərəqlərini cırardım tək-tək.
Qaytarardım geriyə səni, sənlə keçən
günləri.
Bircə gülüşün üçün dünyaları verərdim.
Baxışında qeyb olub gedərdim.
Dünya mənimdi deyərdim..Aradan bu qədər
zaman keçdi,
amma mən hələ də eyni yerdəyəm.
Nə geriyə dönə bilirəm, nə də irəliləyə
bilirəm.
Səni unuda bilmirəm, sevdiyim.
Səni silə bilmirəm həyatımdan, ürəyimdən...
Nə yaxınlaşa bilirəm sənə,nə də uzaqlaşa
bilirəm səndən.
Bəlkə də özüm istəmirəm bunu...
Bir dünyam vardı , içində yalnız mənim və
sənin olduğun.
Getdiyin gün yıxıldı dünyam.
Bu dünyanı qurarkən bir şeyi unutmuşam.
Xəyallar heç vaxt gerçək olmur...
Amma heç nəyə baxmayaraq mən səni hələ
də eyni sevgiylə sevirəm.
Bəlkə də səninçün mən çoxdan öldüm,
amma mən səni yaşadacam qəlbimdə
sonsuza qədər.
Boş qalacaq ürəyim, səndən başqası
əsla olmayacaq, söz verdim sənə ölənə
qədər...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi mesajları
loading...