Günlərin bir günü üç dost qatar stansiyasına gəlir.
Qatarın tərpənməsinə yarım saat qaldığından oturub bir az yemək yeyirlər.
Bunlar şirin-şirin yemək yeyərkən, birdən qatar tərpənir, dostlar isə təlaşa düşür.
Biri hesabı verir, o biri isə çantaları yığır.Bundan sonra onlar qatarın arxasınca qaçmağa başlayırlar.
Dostlardan biri çətinliklə də olsa qatara minməyə bacarır. Digər ikisi isə qaçmağa davam edir.
Sonra onlardan biri də qatara çıxmağı bacarır. Sonda tək qalan dost bir az qaçdıqdan sonra yerə sərilib, gülməyə başlayır.
Qıraqdan onu görən biri yaxınlaşıb soruşur:
-Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar.
Amma sən çata bilmədin, yerə uzanıb qəh-qəhə çəkirsən. Nəyə gülürsən?
-Dost deyir: Çünki onlar məni ötürməyə gəlmişdilər.
Bəs sizin həyatınızda bu cür dostlarınız olubmu?
Və ya sualı belə qoyum, sizi candan başa düşən, halınıza yanan, özünü unudan dostunuz varmı?
Güvəndiyiniz, həqiqətən etibar etdiyiniz biri həyatınızıda varmı?
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Sevgi mesajları