Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Indi Sen Soyle

Səni ilk gördüyüm anda həyatımda kim varsa silinib getdi.Gözəl xatirələr bir yana ,acı xatirələrdə, hansı hadisə vardısa silinib getmişdi.Yepyeni tərtəmiz bir başlanğıc idi bu.Sənin qarşına ən saf ,ən təmiz, mənliyimlə çıxmışdım.Sənə aid olan hər şeyi yaşamaq istəyirdim.Eşqsə eşq, sevincsə sevinc ,acıysa acı, kədərsə kədər.Səndən gələn və gələcək olan heç bir şey məni qorxutmurdu.Sən yanımda olduğun müddətdə hər şeyə dözə biləcəyimi düşünürdüm...
Nə desəmdə sevgimi anlatsan deyə düşünürdüm.Bu günə qədər duyduğum sevgi şerləridə ,sənə duyduğum sevgini ifadə edə bilməz deyə qorxurdum.Dünyanın bütün dilləriylə "Səni sevirəm "-desəm yetərmi bilmirəm.Hara gedərsəm gedim sənidə özümlə aparıram.Heç yalnız deyildim.heç ama heç bitməsini istəmirdim.Ama mən belə necə olduğunu bilmədən bitdi.Bu günə qədər düşünürəm niyə deyə özümə sual verirem.Ama cavabını tapa bilmirəm.Məni tək cavabı məndə olan minlərləsuallarla bitməyən kəşkilərlə buraxdın.Mənə o qədər acı verdin ama ürəyim düşmənin olmur.İstəsəmdə istəməsəmdə sənin üçün darıxırdım.Bilmirəm bilirsən...
İstəyim sənə ziyan vurmaq səni incitmək deyildi..Acılarına yaşamaq istəyinə gözlərində olan hüzünə ortağ olmaq ürəyimi ürəyinə ömrümü ömrünə qatmaq səni xoşbəxtlik etmək istəyirdim.Mən sənlə sadəcə sənə verdiyim sevgini qəbul eləmək u sevgi ilə yaşamaq istəmişdim.Ama sən neylədin..Ürəyimdə qalıb məni sıradan biri kimi əlinin tərsiylə itələdin..
Soruşuram səndən..Çox sevilmək bu qədər pis idimi..Sənə sevgimi verim diyə apardığım bu qədər mücadələyə görə məni bağışla.Adı üstündə sevgi idi mənimki.Bütün gözəllikləri bütün kainatı səni sevməsi üçün birinə versəydin yenədə bu qədər sevilməzdin.Ürəyimi qopardıb atmaq mümkün olsaydı heç düşünmədən qoparıb atardım.Bir limandayam ve sənin mindiyim gemi çoxdan uzaqlaşıb getdi.Səni hələ də sevirəm və darıxıram..
İndi özünü mənim yerimə qoy sən nə edərdin məni yenə sevərdinmi?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi mesajları
loading...