Artıq hardan başlamağı belə fikirləşmirəm, hətta cümlələri qurarkən belə sözləri seçmirəm, görəsən hansı daha mükəmməldi deyə, çünki bilirəm ki sən nə etsəm də fikir vermirsən... Çünki çox məşğulsan, həm də məni düşünməz qədər məşğulsan ... Bəzən özümə sual verirəm, axı niyə ? Niyə hələ də bu qədər sevə bilirəm səni, hər kəs kimi niyə zaman keçdikdən sonra unuda bilmirəm səni, axı mən niyə hələ də unutmadım səni,ətrafımdakı insanlar isə bəlkə də dəfələrlə sevgi hissini hiss etmişdir,amma mən bu hissi yenisinə dəyişə bilmirəm... And olsun ki 1 dəqiqə belə ağlımdan çıxmırsan... yenə xəyal qururam, hər gecə səni düşünərək yuxuya gedirəm, avqustun 25_i bitmək üzərə idi, mən yenə hər zaman ki kimi səni düşünüb yuxuya getdim... Allahım səni yuxumda mənə göstərdi, həm də o qədər gözəl bir yuxu idi ki səhər hər zamankindən daha xoşbəxt oyanmışdım ...
Sən mənim hər gecə yuxularımdasan xəyallarımdasan, amma mən sənin ağlına belə gəlmirəm... Sənə aid heç bir şeyi unuda bilmirəm, unuda bilmərəm də... hələ danışa bilmədiyimiz vaxtlar yenə bir yuxu görmüşdüm, o qədər gözəl idi ki, səhəri gün ən yaxın dostuma danışarkən gözlərim dolmuşdu...hər səhər qalxdığımda çox xoşbəxt olurdum,amma çox təsüfff...çünki bu xoşbəxt simam bir neçə dəqiqə çəkirdi,çünki sənin yoxluğun məni hüzünə qərq edirdi... Artıq başa düşürdüm ki sən yoxsan,amma mən səni heç bir zaman itirməmişdim... Bir gün mütləq məni xatırlayacaqsan deyə düşünürdüm, amma yavaş-yavaş məni tamamilə sildiyini qəbul edirdim ...artıq bərabər olmayacağımızı və həyatımın bundan sonrasını sənsiz keçirəcəyimi və məni sevmədiyini və həyatında başqalarının olduğunu və daha neçə belə şeylər bilmirəm və bəlkə də bilirəm, amma söylüyə bilmirəm... indi necə acı çəkirəm heç başa düşə bilməzsən, həm də heç bilməzsən... çünki səni hələ də səbəbsiz, qarşılıqsız sevirəm... sən bunu bilməsən də mən hər gecə səninlə görüşə gəlirəm...Çünki hər gecə yuxumdasan..
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 129 Bölmə: Sevgi mesajları