Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meni Bagiwlama

"" Bu qədər asan olmamalıydı...""

Bu qədər asan olmamalıydı hər şey...
Tanışlardan telefon nömrəmi götürmək...
Əlimi tutmaq, evə ötürmək...
Əvvəl dodaqlarıma, sonra xətrimə dəymək...
Ikimiz də istədiyimizə çatana qədər tükəndik..
İkimiz də olduğumuzdan artıq olduq yəqin...
Nəyisə, nələrisə yarım saxlamalı,
Tam paylaşmamalı, tam bölüşməməliydik...
Az zəngləşməli, mesajların sayını azaltmalı,
Bəlkə də heç görüşməməliydik...
Bizə aid olan hər dərdi özümüz çəkməliydik...
Yersiz küsmələrin, incimələrin arasına gülüş tökməliydik...
Bu qədər asan olmamalıydı...
Binaları, maşınları, küçələri və telefonda açdığımız səhərləri unutmaq...
Şəkillərini silmək, telefondan adını pozmaq...
Və bu şeiri bir nəfəsə yazmaq,
Bu qədər asan olmamalıydı...
MƏNİ BAĞIŞLAMA!!!


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi mesajları
loading...