Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qizim Olsun

Bir qızım olsun..
Ətir əvəzinə süd qoxusu hopsun üzərimə..
Yuxusuz qalmaqdan gözümün altı şişsədə
Qarın ağrılarını gördükcə içim ağrısada mesumlugunu gordukce qürur duyum. Dırnağını kəsərkən 'aman ətini kəsərəm birdən'
deyə içim sızlasın ..
İynə vurulan zamanlarında əlindən tutub güc verim ona..
Yeni yeni dişləri çıxdığında xoşbəxtlikdən havalara uçum..
Hər kəs "gözlərindən ONA bənzəyir" desin Sevdiyimə baxaraq..
"Dodaql arı isə bal kimidi eyniylə sən"..
Bu eynilə ikinizin qarışığı olmuşdu desinlər ..
Sevdiyimin gözlərinə baxıb qürur duyum..
Gözlərim dolsun... Xoşbəxt olum...
Qızımın saçları çıxmağa başladığında
Kiçik zakolkalarla bəzəyib öpüm saçlarından ..
Gəzməyə başladığında balaca əllərindən tutum onu ..
Qürur duyum "bu mənim qızımdı" deyə ..
Topuş topuş gəzərkən bəzən bəzən üzündə təbəssümlə
Allahıma həmişə şükr edim..
O böyüdükcə məndə böyüyüm onunla... ♥


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi mesajları
loading...